Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə



Möhtərəm cənab Prezident!

Doğum gününüz münasibətilə Sizi Kəlbəcər rayonu ictimaiyyəti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin cox saylı üzvləri və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən xoşbəxtlik, cansağlığı, uzun ömür, həyat yolunuzda yeni qələbələr, zəfərlər arzulayıram.

Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Sizin rəhbərliyinizlə uğurla davam etdirilən siyasət nəticəsində ölkəmiz dünyanın aparıcı dövlətlərindən birinə çevrilmiş, Azərbaycanda bütün dünyaya örnək olacaq xalq-iqtidar birliyi formalaşmışdır. Bu ilin aprel ayında keçirilən prezident seçkilərində qazandığınız parlaq qələbə bu birliyin və xalqımızın Sizə olan etimadının növbəti təsdiqidir.

Sizin ardıcıl, məqsədyönlü və qətiyyətli siyasətiniz sayəsində bu gün xalqımız rifah və əmin-amanlıq şəraitində yaşayır. Eyni zamanda Siz yalnız Azərbaycanda deyil, sülhü və rifahı, mədəniyyətlərarası dialoqu təmin edən görkəmli siyasi xadim kimi beynəlxalq aləmdə də yüksək nüfuz qazanmısınız. Bütün bu nailiyyətləriniz bizləri hədsiz dərəcədə sevindirir, qəlbimizi fərəh və qürur hissi ilə doldurur.

Möhtərəm cənab Prezident !

Sizi bir daha doğum gününüz münasibətiləKəlbəcər ictimaiyyəti, el ağsaqqalları və ağbirçəkləri, ziyalıları və sadə insanları, bilavasitə məşhur el sənətkarı Aşıq Şəmşirin ailə üzvləri adından ürəkdən təbrik edir, Uca Allahdan Sizə cansağlığı, xalqımız, dövlətimiz naminə gördüyünüz misilsiz işlərdə böyük uğurlar diləyirəm!

Dərin hörmət və ehtiramla:

Qənbər Qurbanov


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev