Azərbaycan təhsilində inqilab yarada biləcək qeyri-adi layihə - Dərsliklər danışacaq - FOTO


Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalib layihələrindən olan “Səsli dərslik” layihəsinin Beynəlxalq Mətbuat Mərkəzində yekun təqdimat mərasimi keçirilib.


Kalbajar.com AzEdu.az-a istinadən xəbər verir ki, layihə rəhbəri Kəlbəcər rayon 19 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nofəl Şirinov innovativ bir layihə olan "Səsli Dərslik" ideyasının Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasından qaynaqlandığını bildiridi.O, qeyd etdi ki,ölkəmizdə tədris mühiti üçün strateji hədəflər və tədbirlərdən biri, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin olunması təhsil siyasətinin tərkib hissəsidir. Bu layihənin məhs bu istiqaməti özündə əks etdirdiyini diqqətə çatdıran layihə rəhbəri bildirdi ki, Təhsil nazirliyinin ayırdığı maliyə vəsaiti ilə layihə çərçivəsində nəzərdə tutulan işlər uğurla icra olunub.Belə ki, VI sinif aid olan ədəbiyyat dərsliyindəki bədii mətnlər perspektiv planlaşdırmanın tələblərinə uyğun ardıcıllıqla professional diktor və qiraətçilər tərəfindən studiya şəraitində səsləndirilib və www.sesliderslik.az saytına yerləşdirilib. Səsləndirilən bədii mətnləri şagirdlər saytdan dinləyərək öyrənə biləcəklər. Layihə rəhbəri vurğuladı ki,müasir tələblər səviyyəsində hazırlanan bu resurs bütün məktəblilər üçün və ən əsası isə görmə imkanları məhdud olan şagirdlər üçün ədəbiyyat dərsliyini daha da əlçatan və maraqlı edəcək.


Kəlbəcər rayon təhsil şöbəsinin nümayəndəsi Xəqani Nadirov "Səsli Dərslik" layihəsinin tədris mühiti üçün yenilik olduğunu qeyd edərək,nəzərdə tutulan işlərin vaxtında və yüksək səviyyədə təqdim olunduğu üçün layihə rəhbərini və işçi qrupunu təbrik etdi. Təhsil nazirliyinin yaradıcı və ideya ixtira edən müəllimləri hər zaman dəstəkləməkdə maraqlı olduğunu qeyd etdi.

Tədbirdə çıxış edən ABŞ-ın Sirakuz Universitetində fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan və hazırda ADA universitetinin dosenti Gülməmməd Məmmədov layihəni çox maraqlı və əhəmiyyətli bir ideya olduğunu, tədrisi zamanı bütün şagirdlərin İKT-dən səmərəli istifadəsinə imkan yaradacağını, şagirdlərin öyrənmə marağını aktivləşdirəcəyini vurğuladı."Səsli Dərsliyin" görmə imkanları məhdud olan şagirdlər üçün ölkəmizdə çox vacib bir istiqamət üzrə yenilik olduğunu deyərək, layihənin gələcəkdə digər fənləri də əhatələyəcəyinə ümid etdiyini bildirdi.


"Səsli Dərslik" şagirdlərin səlis danışıq, natiqlik bacarığının inkişafı baxımından da böyük əhəmiyyətə malik olduğunu qeyd edən BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini,filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı layihə çərçivəsində görülən işləri yüksək qiymətləndirdi. Dövrün əsas tələblərindən biri olan elektron tədris resurslarının yaradılmasına təşəbbüs göstərən müəllimlərin hər zaman dəstəklənməsinin vacibliyini nəzərə çatdırdı. Bu resursların şagirdlərdə tədris imkanlarının zənginləşdirəcəyini ona məntiqi və axtarıcı xarakter verəcəyini,onların zehni fəaliyyətlərinin stimullaşdırılmasına xidmət edəcəyini bildirib.


Valideyn və orta məktəb müəllimlərinin də iştirak etdiyi tədbirdə çıxış edənlər yaradılan "Səsli Dərsliyin" tədris prosesini asanlaşdırdığı üçün işçi qrupuna minnətdarlıq ifadə olundu. "Tusi Tərtibat" Mərkəzinin direktoru Əli İbrahimbəyli bu layihəni şagirdlər həm əyanilik baxımından, həm də optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi baxımından tədris mühiti üçün çox əlamətdar bir hadisə olduğunu vurğuladı.Layihə çərçivəsində hazırlanan resursların yaradılan saytda yerləşdrilməsi ilə bərabər "youtube" portalı, və "facebook" sosial şəbəkəsində yayımlanmasının layihənin uğurlu icrasının göstəricsi olduğunu deyib.

Layihənin işçi qrupunun üzvü, www.sesliderslik.az saytının tərtibatçısı Dilqəm İmranov "Səsli Dərslik"də olan elektron resursların bir kliklə kompüter, telefon, planşetlərə yüklənə biləcəyini və gələcəkdə digər fənlərə aid olan tədris resursların saytda yerləşdirilməsinin mümükünlüyünü qeyd etdi. Sonda bu layihənin daha böyük auditoriyanı əhatələmisi üçün KİV-lərin dəstəyinə böyük ehtiyac olduğu və müəllimlərin ideyalarını rellaşdırmağa imkan yartdığı üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə minnətdarlıq ifadə edildi.

#Tehsil #Məktəblərimiz

12 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev