Azərbaycanda ilk dəfə rayon icra hakimiyyəti xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradıb



Yerli icra hakimiyyəti orqanlarında ilk dəfə olaraq Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb.

Kalbajar.com Report.az -a istinadən xəbər verir ki, mərkəz 39 sahə üzrə xidmət edir.


Qurumda RİH başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işci olmaqla cəmi 7 nəfər daima orada xidmət göstərir. Quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilib. Burada xidmət sahələrinin hər biri telefon və kompüter dəsti ilə təchiz edilərək internetə çıxışı təmin edilib. Xidmət göstərən məsul işçilər quraşdırılmış böyük monitorda vətəndaşa izah vermək, sənəd nümunələrini göstərmək imkanına malikdirlər. Mərkəzdə vətəndaşın problemlərinin operativ həlli məqsədi ilə (4 rəqəmli nömrə) "Qaynar xətt" yaradılıb. Bundan əlavə, xidmətin səmərəliliyinin artırılması məqsədilə mərkəzdə könüllülər fəaliyyət göstərir.

Burada məqsəd sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi, vaxt itkisinin qarşısının alınması, süründürməcilik və korrupsiya hallarının qarşısının alınması, vətəndaşın eyni vaxtda vahid məkanda RİH-in bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edilməsi, işgüzar mühit, açıqlıq, həssas münasibət, yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması, RİH-nin vətəndaşın etimad ünvanına çevrilməsi, vətəndaş məmunluğunun yüksəldilməsidir.

Xatırladaq ki, ötən ilin avqustun 28-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.


Report.az



34 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev