top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

“Azərbaycandakı erməni diversant Çin dilini öyrənir, atamdan isə məktub belə yoxdur” – Dilqəm Əsgəro


“Sonuncu dəfə 2017-ci il noyabr ayının 1-də yazılan məktubu komitənin əməkdaşları bizə təqdim ediblər. O vaxtdan atamdan heç bir məktub ala bilməmişəm”.


Kalbajar.com Turkustan.info-ya istinadən bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında erməni girovluğundakı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarından atasının məktub yazmadığının səbəbini soruşub: “Onlar deyirlər ki, atam özü məktub yazmaq istəmir. Mən isə buna inanmıram. Onlar ancaq atam barədə şifahi məlumat verirlər. Bu məlumata görə də atamın vəziyyəti normaldır və problemi yoxdur”. K.Əsgərov həmçinin bildirib ki, komitənin vasitəçiliyilə Ermənistan ordusunun diversantı, 15 il həbs cəzası verilən Arsen Baqdasaryan “Skype” vasitəsi ilə öz ailəsi ilə danışır, Çin dilini öyrənir: “Ancaq bizə o şərait yaradılmır ki, biz də canlı danışaq. Paşinyan da xalqını aldadaraq açıqlama verir ki, guya atamgil təxribat üçün gediblər. Hamı bilir ki, doğmalarının məzarlarını ziyarət üçün gediblər. Bundan başqa onlar öz qətllərinin üstünü ört-basdır edirlər. Onlar Həsəni qətlə yetirdilər, onun günahı nə idi ki?” Qeyd edək ki, hazırda işğal altındakı Dağlıq Qarabağda üç azərbaycanlı girov saxlanılır. 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz məhkəmə qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb. Bildirək ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova yerli mediaya açıqlamasında bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri noyabr ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində girov saxlanılan şəxslərə bir daha baş çəkiblər. Həmçinin xatırladaq ki, Azərbaycan tərəfdəki erməni diversantı Arsen Baqdasaryan yerli mətbuata müsahibəsində bu sözləri deyib: “Mənim bir tək xahişim var – evimə qayıtmağıma kömək edin! Saxlanılma şəraitimlə bağlı deyə bilərəm ki, heç bir şikayətim yoxdur. Hətta mənə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə doğmalarımla yazışmaq və “Skype”la danışmaq imkanı verilib. Səhhətimlə bağlı da heç bir problemim yoxdur. Dörd il ərzində, şükürlər olsun, bir dəfə də xəstələnməmişəm. Doğrudur, burada bizə ev yeməkləri vermirlər, amma qidalanma ilə bağlı hər şey normaldır. Hətta bir az kökəlmişəm. Bundan başqa, mənə kitab oxumağa və sifariş etməyə də icazə verilib. Bu müddət ərzində rus və ingilis dillərində biliklərimi təkmilləşdirmişəm. Hazırda Çin dilini öyrənirəm”.  


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page