Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzi yaradıldı

Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzi yaratmışıq. Məqsəd əsir və girovlarla bağlı informasiya təminatını həyata keçirmək, beynəlxalq təşkilatlara, xarici ölkələrə bir-neçə dildə gerçəkləri çatdırmaqdır.
3 dildə - Azərbaycan, rus ingilis dillərində fəaliyyət göstərən sayt da işə düşüb artıq - www.hostages.az.

Əsir və girovlarımızla bağlı bütün məlumatlar, dəyişdirilmə prosesi ilə bağlı ən son yeniliklər, Ermənistanda girovlarla bağlı gedən müzakirələr - bir sözlə bütün məlumatlar gündəlik olaraq, 3 dildə yayımlanacaq.
Bu, həm də erməni cəmiyyətinə bütün gerçəkləri çatdırmağa imkan verəcək.
Qeyd edək ki,Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzinin koordinatoru Əhməd Şahidovdur.