top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Azərbaycanlılar Qarabağa nə zaman köçürüləcək? – AÇIQLAMA


İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı üzərində iş iki aya yaxındır başa çatıb. Məlumata görə, bu sənəd əsasında Tədbirlər Planı da hazırlanaraq ilkin müzakirələrdən keçib və aidiyyəti qurumlarla razılaşdırılıb. Ancaq konkret ərazilərin bərpası üzrə müəyyən edilmiş bölgü və qrafiklərlə bağlı bəzi korrektələrə ehtiyac yaranıb. Yaxın vaxtlarda bu məsələlərə dair də konkret qənaətə gəlinəcəyi gözlənilir.

İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı bəzi müddəalar artıq məlumdur. Belə ki, planda bərpa işlərinin məskunlaşma zonalarının miqyasından və iqtisadi potensialından asılı olaraq 3 mərhələdə aparılması təklif olunur. Birinci mərhələdə Cəbrayıl, Füzuli və Ağdam rayonlarının, ikinci mərhələdə Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının, üçüncü mərhələdə isə Şuşa və Xocavənd rayonlarının bütün yaşayış məntəqələri də daxil olmaqla, Dağlıq Qarabağ bölgəsi və Qazax rayonunun 7 kəndinin bərpası nəzərdə tutulur. İlkin sənədə əsasən bərpa və yenidənqurma işlərinə əvvəlcə rayon mərkəzlərindən və iri qəsəbələrdən başlanacaq. Eyni zamanda Şuşa şəhərinin bərpasının da birinci mərhələyə aid ediləcəyi gözlənilir. Bundan başqa, Strateji Fəaliyyət Planına uyğun olaraq, Qarabağa qayıdacaq məcburi köçkünlər üçün geniş sosial güzəşt paketi hazırlanır. Belə ki, işğaldan azad edilmiş rayonlarda fəaliyyət göstərən dövlət strukturlarında çalışan işçilərin maaşlarına 50 faizədək əlavələrin hesablanması, kənd təsərrüfatı və özəl sektora birdəfəlik yardımlar, faizsiz kreditlər və vergi güzəştləri təklif olunur. Əhalinin işğaldan azad edilmiş ərazilərdə məskunlaşdırılması prosesi isə ərazilərdə tikinti, infrastruktur işləri başa çatdıqdan sonra həyata keçiriləcək. Qeyd edək ki, bir müddət öncə Prezident İlham Əliyev yerli və xarici jurnalistlərə mətbuat konfransında bu barədə danışarkən əhalinin məskunlaşdırılmasına nə zaman başlanacağı haqda konkret vaxt barədə danışmağın bu gün üçün tez olduğunu deyib. Təkcə Ağdam şəhərinin qurulması üçün təxminən iki il vaxt lazım olduğunu da Prezident bildirmişdi. Bir sıra ekspertlər hesab edir ki, məskunlaşdırma iki ildən sonra başlanacaqsa, bunun özü çox ciddi uğur sayıla bilər.

Bəs ərazilərin uzun müddət boş və əhalisiz qalması yeni təhlükə yaradarmı?

Kalbajar.com-un məlumatına görə, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, azad olunmuş ərazilərin məskunlaşdırılması sürətləndirilməlidir. Bu məsələdə ləngimə olmamalıdır: “Əlbəttə, əhalinin köçürülməsi üçün infrastrukturlar yaradılmalıdır. Bunun üçün də şübhəsiz ki, vaxt tələb olunur. Amma bəzi ərazilərdə, məsələn, Laçın və Kəlbəcərin bəzi yerlərində müəyyən şərait var, oralara əhalinin köçürülməsini sürətləndirmək olar. Digər ərazilərdə isə ən azından tikinti işlərinə başlamaq lazımdır ki, orada Azərbaycanın mövcudluğu təmin edilsin. Azad olunmuş ərazilər böyük tikinti meydanına çevrilməlidir və yəqin ki, belə də olacaq. Genişmiqyaslı tikinti işləri o ərazilərə həyatın qayıtması olacaq. Başqa bir məsələ Xankəndi, Xocalı kimi ərazilərimizlə bağlıdır. Məskunlaşma, azərbaycanlıların öz yurdlarına qaytarılması bu ərazilərdən başlanılmalıdır. Bu, ən vacib məsələdir. Həmin ərazilərimizə məskunlaşmanın ləngidilməsi doğrudan da əlavə təhlükələr yaradır. Artıq ilk rəsmi məlumatlar var ki, ermənilər həmin bu ərazilərdə terror dəstələri yaratmağa başlayıblar. Geciksək, bu proseslərin qarşısını almaq çətin olacaq. Ona görə də ləngimədən həmin ərazilər məskunlaşdırılmalıdır. Bu, həm insanların öz yerlərinə qayıdıb həsrətlərinə son qoyması, həm də ermənilərin məkrli niyyətlərinin qarşısının alınması üçün vacibdir”. /musavat.com/

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page