AzTV və “Azərtac”ın əməkdaşları Kəlbəcərdə minaya düşdü

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Kalbajar.com xəbər verir ki, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin yaydığı məlumatda bildirilib.