''Bəhmən Vətənoğlu məktubumu oxuyub, belə bir cavab yazmışdı...''

Kalbajar.com gənc şair Qılman İmanın mərhum şair Bəhmən Vətənoğlu ilə bağlı maraqlı xatirəsini təqdim edir: "Bu dünyada bir Bəhmən varıydı...Adı könül dəftərimizə yazılan, şeirləri dilimizin əzbərinə çevrilən Bəhmən! Allahın bir xoş günündə tale məni ölümündən bir az əvvəl bu, sinəsi dolu şairlə təsadüfən görüşdürdü Gəncədə. Aramızdakı yaş fərqinin çox olmağına baxmayaraq, uzun illərin dostu, doğması kimi iki saatlıq görüşümüzdə bir ömrə sığmayan söhbətlər etdik Bəhmən müəllimlə. Əvvəl sözünü sevdiyim Bəhmənin, sonra özünü sevdim.Özü də daha çox! Həqiqətən sevilməli kişiydi. Olduqca təvozökar, səmimi insanıydı. Ayrılan da tez-tez əlaqə saxlamağımı, Gəncəyə gələndə onunla mütləq görüşməyimi tapşırmışdı mənə. Amma mən o görüşdən sonra bir dəfə də Gəncədə olduğumu, vaxtın olmadığından görüşə bilmədiyimi, onu özümə ürək dostu hesab etdiyimi məktub yazıb bildirmişdim Bəhmən müəllimə. Eyni zamanda məktubda Bəhmən Vətənoğlu yaradıcılığı haqqında fikirlərimi, bəzi qeydlərimi yazmışdım. Çox keçmədi Bəhmən Vətənoğlunun dünyasını dəyişdiyini eşitdim. Ruhu şad olsun! Məktubu oxuyub, belə bir cavab yazmışdı o zaman: "Oğlum, Qılman, sənin bu məktubuna böyük bir poema düşür, amma mən üç bəndlik şeirlə kifayətləndim. Az olsa da, çox qəbul elə. Təzə gül bitibdi söz bağçamızda, Ona qulluq eylə, qurutma, Qılman! Sevinc - səadətlə vur ömrü başa, Kədəri heç zaman yarıtma, Qılman! Bilirəm, söz əhli, söhbət əhlisən, Fəhminə, zehninə, zəndinə əhsən! Məni " ürək dostu" sanırsansa sən, Çalış ki, aranı soyutma, Qılman. Gözlərim həmdəmdi gözdə nəminə, Oxşardı sevincim, qəmim qəminə. Gəncəyə gələndə Bəhmən əminə, Xəbər eyləməmiş qayıtma, Qılman! Hörmətlə: sizin Bəhmən Vətənoğlu"

Moderator.az

281 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev