Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib


Məcburi köçkünlərin birbaşa yaşayış yerlərində hərtərəfli tibbi müayinəyə cəlb olunması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 15-də Bərdə rayonunda tibbi aksiya keçirilib.

Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının yüksək ixtisaslı həkimləri Bərdə Müalicə Diaqnostika Mərkəzində məcburi köçkünləri müayinə edib, onların sağlamlıq vəziyyətini yoxlayıblar. Həkim briqadasının tərkibində cərrah, nevropatoloq, pediatr, oftalmoloq, nefroloq, kardioloq, travmatoloq və digər ixtisaslar üzrə ali dərəcəli 20-yə yaxın həkim olub.


Müayinələr ödənişsiz əsaslarla aparılıb. Pasiyentlərə zəruri həkim məsləhəti verilib, diaqnoz qoyulub. Onlardan bəzilərinə daha dərin müayinə və ixtisaslı müalicə üçün Bakıya göndəriş verilib. Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin maddi rifahının yaxşılaşdırılması, sosial problemlərinin həlli, o cümlədən yüksək keyfiyyətli səhiyyə xidmətləri ilə təmin edilməsi üçün davamlı və təsirli tədbirlər görülür.


Qaçqınların və məcburi köçkünlərin sağlamlığının qorunmasına da hərtərəfli dövlət qayğısı göstərilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması ilə yanaşı, müntəzəm olaraq zəruri tibbi yardım almasına xüsusi həssaslıqla yanaşır. Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə müasir tələblərə cavab verən tibb məntəqələri fəaliyyət göstərir.

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı digər şəhər və rayonlarda da bu cür tibbi aksiyalar keçirilməsi nəzərdə tutulub.


#AZƏRBAYCAN #RESPUBLİKASI #QAÇQINLARIN#MƏCBURİ #KÖÇKÜNLƏRİN #İŞLƏRİ #ÜZRƏ #DÖVLƏT #KOMİTƏSİ

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev