Bərdədə məcburi köçkünlər qanbağışlama aksiyasında iştirak ediblər


Ölkə vətəndaşlarının sağlamlığının qorunması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq səhiyyə sistemi inkişaf etdirilir, yeni və müasir tibb ocaqları şəbəkəsi genişləndirilir.

Prezident İlham Əliyevin tapşırığı ilə hər il respublika əhalisi kütləvi tibbi müayinədən keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların sağlamlıq problemlərinin həllinə böyük diqqət və qayğı göstərir.

Əhalinin bütün təbəqələri kimi qaçqınlar və məcburi köçkünlərin də dövlət səhiyyə müəssisələrinin xidmətindən hərtərəfli istifadə etmək imkanları var. Onlar üçün tikilib istifadəyə verilmiş qəsəbələrdə, yaşayış komplekslərində tibb məntəqələri də yaradılıb. Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə son vaxtlar birbaşa müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlər ixtisaslaşdırılmış tibbi müayinəyə cəlb olunurlar.


Dövlət Komitəsi məcburi köçkünlərin sağlamlığının qorunmasına önəm verdiyi kimi, onların özlərinin də humanitar aksiyalarda iştirakını dəstəkləyir. Bu ilin əvvəllərində komitədə vətən keşikçiləri - hərbçilər üçün qanbağışlama aksiyası keçirilib. Bərdə rayonu ərazisindəki 866 ailəlik yaşayış kompleksində də belə bir aksiya təşkil olunub. Mərkəzi Qan Bankının Bərdə bölməsinin xüsusi tibb briqadasının həkim-hemotoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan nümunələri götürüblər. Toplanmış nümunələr irsi qan xəstəliklərindən əziyyət çəkən məcburi köçkünlərin müalicəsində istifadə ediləcək. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdədəki nümayəndəsi Yunis Məmmədov və Mənzil İstismar Sahəsinin rəisi Surxay Hüseynov aksiyanın təşkilində fəallıq göstəriblər. Bu cür aksiyalar Bərdə rayonunun məcburi köçkünlər yaşayan digər qəsəbələrində də keçiriləcək.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev