Başlıbeldə 113 gün mühasirə həyatının son günü




27 il öncə – 1993-cü il iyulun 22-də Kəlbəcər rayonunun Başlıbel kəndinin işğalından sonra 133 gün mühasirədə qalan 29 nəfər bir həftə piyada yol gəldikdən sonra Daşkəsən ərazisinə keçə bilmişdi. Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Başlıbelin işğalının 20-ci ilində həmin hadisələrdən bəhs edən «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabını hazırladı. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstək verdiyi kitab cəmi 300 nüsxə çap olundu. Azərbaycan və İngilis dillərində çap olunan kitabın həmin nüsxələri isə daha çox xaricə göndərildiyindən kitabı təkrar çap etmək istəyirdik. Kitabı təkrar çap etmək üçün son üç ildə göstərdiyimiz cəhdlər nəticə vermədi. Odur ki, kitabın elektron versiyasını saytımıza yerləşdirərək oxuculara təqdim edirik.

Qeyd edək ki, kitabda ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri – Başlıbel faciəsi ilə bağlı məlumatlar əksini tapıb. Kitabda Başlıbel kəndində törədilən soyqırımının canlı şahidlərinin dedikləri yer alıb. Mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərən şəxslərin şücaətini, vətən sevgisini göstərən faktlar verilib. Bu kitabın yazılması ilə həm də erməni vəhşiliklərinin ağrısını yaşayan, uşaqları gözləri qarşısında öldürülən valideynlərin fikirlərini gələcək nəsillərə çatdırmaq istədik.

İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər -  I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.

Bir sözlə, kitabda erməni vandalizmi tam çılpaqlığı ilə, real faktlar əsasında təsvir edilib. Mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərən şəxslərin şücaəti, vətən sevgisi öz əksini tapıb. Düşünürük ki, bu həqiqətlərin həmin hadisələrin canlı şahidlərinin dili ilə dünya ictimayyətinə və gələcək nəsillərə çatdırılması Azərbaycan dövlətinin apardığı haqq işinə kiçik bir dəstəkdir.

«Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabını əlavə olunan sənəddən yükləyib oxuya bilərsiniz.


Başlıbel faciəsi – 2013


Xalid Kazımov

Regional İnsan Hüquqları və Media Mərkəzinin

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev