BAŞLIBELİN İLK ŞƏHİDİ



Alçalı postunda üç əsgərimizin vurulduğunu eşidəndə üçüncü şəhidin ünvanını soraqlayırdıq. Tanıyan, tanıtdıran yox idi. Soraqlayıb ünvanlarını tapdığımız şəhidlərin son yazılarını yazırdıq ki, bir gün Başlıbel kəndindən məktub ünvanlandı bizə. Axtardığımız şəhid haqqında idi. Deməli, 1992-ci ilin iyul ayının 23-də Alçalı postunda şəhid olan üçüncü igid Başlıbeldən imiş. Vaxtında gedə bilmədiyimizdən xəcalətnərək Başlıbelə getməyib, qismətinə düşən payı – şəhid yazısını ailələrindən gizli yazası olduq.Məktubu bizə göndərən Namiqin həmkəndlisi, Milli Ordunun əsgəri İqbal qardaşımız idi. Baxıb ki, qəzetdə Namiqin şəhidliyi barədə heç nə yazılmadı, döyüş xəttindən bir məktub yazıb bizə. Dizüstə yazdığı məktubu oxuyub İqbalın düşdüyü hala düşdük. Bizi soyuq bir tər basdı. O zaman Namiqin ölüm xəbərini eşidəndə anasını, qardaşını, bacısını, cəmi qohum-əqrabasını üşüdən soyuq, bumbuz tər indi də bizi üşütdü.İqbal yazmışdı: «Namiq Qasım oğlu Əbdüləliyev 16 iyun 1973-cü ildə Kəlbəcərin Başlıbel kəndində anadan olub. 1989-cu ildə orta məktəbi bitirib, Qılınclı kənd texniki peşə məktəbində sürücülük peşəsinə yiyələndi.1991-ci ilin iyul ayının 14-də əsgəri xidmətə çağırılmışdı. Altı ay Ukraynada qulluq etdikdən sonra Vətənə qayıtdı. Gələn gündən Milli Ordunun tərkibində sərhədlərimizdə keşikçi oldu.Xeyli vaxt idi ki, bir-birimizin üzünü görmürdük. Hərəmiz bir tərəfdəydik. Namiqin o ağır xəbəri kəndimizin belini büküb. Kasıb bir ailədə doğulmuşdu. Mən inanmazdım ki, Namiq kimi bir igid, ermənilər tərəfindən belə qəfil yaxalanar, şəhid edilər. Biz Namiq kimi igid oğullarımızın qanını alacağıq. Amma məni düşündürən şəhidlərimizə belə biganəlikdir. Gərək indiyə kimi kənd məktəbinə Namiqin adını verəydilər. Bəyəm bunu Namiqin ata-anası deməlidir?! Hara baxır bu işlərlə məşğul olanlar?! Xahiş edirəm ki, siz də bu məsələyə elə-belə yanaşmayasınız…».…Namiqin nə evlərinə getmişik, nə qardaş-bacılarının, nə qohum-əqrabalarının ağlar gözlərini görmüşük. Ona görə də harada bir ağlargözlü ana görürüksə, elə bilirik ki, Namiqin anasıdır. Harada bir başlıbelli görmüşüksə, danışdırmışıq ki, görək Namiqin nəyidir. Hamısı da yanıqlı-yanıqlı danışıb Namiqdən. Allah, adamın nə qədər qohum-əqrabası, istəyəni olarmış?!Bu da ailələrindən gizli Namiqin nakam ömrünə yazılan alın yazısının surəti. Düz on doqquz il qabaq yazılıb. Onda Namiq anadan təzəcə olmuşdu, heç bəlkə də ad qoyulmamışdı. Namiq isə alın yazısını oxuyub ağlayırdı. Özünə yox, özündən sonra ağlayanlara ağlayırdı onda Namiq. İndi də Namiqi tanıyan-tanımayan ağlayır. Qismətinə bax ey! Heç ömründə üzünü görmədiyin bir adamın valideynlərindən çox ağlayasan. Nə xoşbəxt imişsən, Namiq?! Lap həsəd aparılası ölümün varmış. Sənin kimi oğullar çoxdur Vətəndə. Vətənin vətəndaş oğulları, Vətənin daş oğulları!!!Bu da on doqquz yaşlı igidlərimizdən biri haqqında qısa bir yazı. Yaza vurğun oğlan, yazda dağlarda açan dağ çiçəklərinin ətrinə bihuş olmusanmı?! Ayə, bu vaxtacan yatmaqmı olar? Gör bir Vətən neçə-neçə sənin kimi qeyrətli oğullarını itirb. Eh, bir ucu gəlimli-gedimli, bir ucu ölümlü-itimli dünya, gör bir neçə çiçək arzular qara torpağın altında qalır… MƏHƏMMƏD NƏRİMANOĞLU (NAKAM TALELƏR)


11 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev