Bakıda Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi – Yarmarkası keçirilir


250 nəfərdən çox şəxsin 1500-dən çox əl işinin nümayiş olunduğu tədbirə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da qatılıb


Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində (İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Qoşa qala qapısı tərəfdən girişdə) fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi – Yarmarkası öz işinə başlayıb. Üç gün davam edəcək tədbirdə ölkəmizin müxtəlif bölgələrindən 250 nəfərdən çox fiziki məhdudiyyətli şəxsin hörmə, rəsm, toxuma, xalçaçılıq, dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, müxtəlif incəsənət və məişət nümunələri, bədii tikmələr və s. ibarət 1500-dən çox əl işi nümayiş olunur. Tədbirdə eyni zamanda əl işlərinin satışı təşkil olunub. Bu da əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların yaradıcı əməyinin maddi baxımdan stimullaşdırılması məqsədi daşıyır.

Əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayev əlillliyi olan insanların istedad və bacarıqlarının cəmiyyətə tanıdılması və dəstəklənməsi, onların yaradıcılıq potensiallarına ictmaiyyətin diqqətinin artırılması məqsədilə təşkil olunan belə tədbirlərə hələ 1990-cı illərdə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə başlandığını vurğulayıb. O bildirib ki, 20 il bundan əvvəl, 1998-ci ilin 30 noyabrında əlilliyi olan şəxslərin ilk ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin yekun tədbirində Ulu öndər “Hər bir insanın cəmiyyətdə özünün daxilində olan imkanlardan istifadə etməsi üçün, öz istedadını nümayiş etdirməsi üçün ona şərait yaratmalıyıq” deyə bəyan edib. Ötən dövrdə dövlətimizin sosial siyasətində bu bəyanat öz əməli təsdiqini tapıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi qayğısı ümumən fiziki məhdudiyyətli insanların sosial təminatlarının gücləndirilməsində, onların reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsində əhəmiyyətli addımların atılmasına imkan yaradıb.

2018-ci il üçün Beynəlxalq Əlilliyi olan şəxslər gününün mövzusunun "Əlilliyi olan şəxslərin imkanlarının genişlədirilməsi, inklüzivliyin və bərabərliyin təmin edilməsi" olduğunu qeyd edən S.Babayev bu gün əlilliyi olan insanların reabilitasiyası, öz fiziki məhdudiyyətlərinə qalib gələrək daim özlərinə güclü inam hissi ilə ictimai-mədəni həyatda fəal iştirak etmələri üçün çoxşaxəli işlər aparıldığını deyib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mühüm sosial əhəmiyyət kəsb edən nəcib və xoşməramlı layihə və təşəbbüslərinin digər həssas qruplarla yanaşı, əlilliyi olan insanları da əhatə etdiyini vurğulayıb. S.Babayev Heydər Əliyev Fondunun fiziki məhdudiyyətli insanların sosial reabilitasiyası işlərinə dəstək tədbirlərinin önəmini diqqətə çatdırıb.

Nazir BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun olaraq ölkəmizdə müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib. S.Babayev bu məqsədlə yeni qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun fiziki məhdudiyyətli insanlarla bağlı mütərəqqi dünya təcrübəsindən irəli gələn yanaşmaları əks etdirdiyini bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai BMT tərəfindən Beynəlxalq Əlilliyi olan şəxslər gününün təsis olunmasında əsas məqsədin bu kateqoriyadan olan insanlara cəmiyyətin diqqətinin artırılması olduğunu deyib. O, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulan Azərbaycanda bu sənəddən irəli gələn öhdəliklərin icrası, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılması üçün aparılan işlərin təqdirəlayiq olduğunu qeyd edib.

Sonra xüsusi bacarıqları ilə fərqlənən iştirakçıların mükafatlandırılması olub. Əl işlərinin qiymətləndirilməsi üzrə münsiflər heyətinin sədri, xalçaçı-rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kafedra müdiri Məmmədhüseyn Hüseynov müvafiq nominasiyalar üzrə yer tutan iştirakçıları qeyd edib. Qaliblərə mükafatlar təqdim olunub.

Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi-Yarmarkasına gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva əl işləri ilə tanış olub, onların müəllifləri olan əlilliyi olan şəxslərlə və sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb. L.Əliyeva onlarla söhbət edərək, öz xoş arzularını ifadə edib, bacarıqlarını daim inkişaf etdirərək gələcəkdə də yeni-yeni əl işləri yaratmaqda davam edəcəklərinə əminliyini bildirib.

Sərgi-yarmarka çərçivəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə-Reabilitasiya Mərkəzinin və uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinlərindən ibarət rəqs qruplarının çıxışı olub.

Daha sonra Azərbaycan Dövlət Musiqili Teatrının foyesində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəşr edilən, nəfis şəkildə tərtib olunmuş “Əlillik Qüsur Deyil” kitab-albomunun və əlilliyi olan şəxslərin əl işlərindən ibarət hazırlanmış hədiyyələrin təqdimatı keçirilib. “Əlillik Qüsur Deyil” kitab-albomunda ümummilli liderimiz Heydər Əliyevin fiziki məhdudiyyətli insanlara, onların sosial müdafiəsi və reabilitasiyasına diqqət və qayğısından, Prezident cənab İlham Əliyevin tapşırıqlarına əsasən əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində atılan addımlardan, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əlillliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları da əhatə edən nəcib və xoşməramlı layihələrindən bəhs olunur. Kitab-albomda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın sosial xidmət müəssisələrinin sakinlərinə qayğısı, onlarla keçirdiyi görüşlər də əksini tapır.

Eyni zamanda, kitab-albomda yaradıcılıq potensialına sahib olan, incəsənətin müxtəlif növləri ilə məşğul olan 60-a yaxın fiziki məhdudiyyətli insan barədə məlumatlar və onların yaradıcılıq nümunələri əksini tapır. Azərbaycan idmanı üçün yenilik olan Boccia İdman Federasiyası və boccia idman növü ilə məşğul olan fiziki məhdudiyyətli insanlar, onların uğurları, həmçinin ilk inklüziv teatr olan ƏSA teatrı, onun əlilliyi olan şəxslərdən ibarət yaradıcı heyəti, hazırladıqları tamaşalar və s. barədə kitab-albomda məlumatlar yer alıb. 278 səhifəlik kitab-albomdakı mətnlər həm Azərbaycan, həm də ingilis dilində təqdim olunur. Kitab-albomun gələcəkdə başqa dillərdə də nəşri nəzərdə tutulub. (www.mlspp.gov.az)

Tədbirdə eyni zamanda gənc rəssam Günay Məmmədli də iştirak etmişdir. Günay nə eşidir, nə də normal danışa bilir. Amma Tanrı ona elə bir istedad verib ki, onun sayəsində çoxlarının bacara bilmədiyi işlərin öhdəsindən gələ bilir. Məhz İlahi bir istedadın - duymaq və ifadə etmək bacarığının sayəsində ayaqdadır, mübariz və mətindir, vüqarlı və qürurludur. Tanrının verdiyi istedadla yanaşı həyat eşqi, yaradıcılıq həvəsi, mübarizliyi və dözümlülüyü bütün çətinliklərə qarşı mübarizədə onun gücünə güc qatır. Onu yaşadan, həyata bağlayan da elə bu keyfiyyətlərdir.

Günay təxminən 7-8 yaşlarından rəsm çəkməyə başlayıb. Daha çox mənzərə və gül-çiçək rəsmləri, insan taleləri mövzusunda rəsmlər çəkir. Bir dəfə məşhur rəssamlardan biri Günayın çəkdiyi “Dağ mənzərəsi” rəsmisinin ən azı 1200 manat qiymətinin olduğu bildirilir. Hətta kiçik şəkillərdən böyük rəsmlər çəkir ki, bu da rəssamlıq sənətində ən çətin işlərdən hesab olunur. əvvəllər sulu boya ilə çəkirdi. İndi isə artıq yağlı boya ilə rəsmlər çəkməyə başlayıb. Hazırda onun 20-dək yüksək qiymətə satıla biləcək rəsmləri var.

Fotoların satış menecerinin telefon nömrəsin qeyd edirik,şəkillərdən əldə etmək üçün (+994) 51-502-22-25 nömrəsi ilə əlaqə saxlaya bilər. (Səbuhi Ağayev - menecer )


13 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev