"Bayraq Günü" Kəlbəcər Rayon 30 №-li tam orta məktəbdədə qeyd edilmişdir - FOTOLAR

Noyabrın 8-də Kəlbəcər rayon 30 saylı köçkün ümumi orta məktəbdə 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Kəlbəcər rayon 30 saylı məktəbin direktoru Zahid Kazımov bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin bayrağımız haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi barədə məlumat verib, Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti vurğulanıb. Həmçinin, o bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək, üçrəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaq. Dövlət bayrağı gününün ümumxalq səviyyəsində qeyd edilməsi bir daha bunu sübut edir ki, bu milli birliyin nişanəsidir. Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi, onlarda dövlət rəmzlərinə olan hörmət və sevginin aşılanmasında gənc müəllimin göstərdiyi xidmət tədqirə layiqdir.
Tədbirdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər səsləndirib və müxtəlif kompozisyalar göstəriblər.