'Bayraq sevgisi'-Hidayət ELVÜSAL



2 Aprel döyüşləri zamanı Azərbaycanı bürüyən Bayraq dalğasını heç kəs unutmayıb. Acığını deyək - o günə kimi bu qədər Bayraq eyni vaxtda göylərdə qanadlanmamışdı. Ölkə başdan-başa Bayraq dənizini xatırladırdı. Həmin günlərdə bir daha birləşdik, bir yumruq olduq. Bir ağızdan Vətən dedik, Qələbə dedik. Və inandıq ki, “Bir kərə ucalan Bayraq bir daha enməz!” həqiqət imiş. Bir neçə gün əvvəl Tovuzda baş vermiş hadisədən bəhs etdi. Sərhədə yaxın yerdə olan bəndin üzərindəki Bayraq bükülüb qalıbmış. Dalğalanmadan, tərpənmədən. Bunu görən keçmiş döyüşçü ermənilərin gözü qarşısında bəndin üzərinə qalxıb, o Bayrağı acmış və dalğalandırmışdı. Onun bu cəsarətindən şoka düşmüş ermənilər atəş açmağı belə ağıllarına gətirməmişdilər. Onlara göz dağı verən Azərbaycanın keçmiş döyüşçüsünü sadəcə olaraq izləmişdilər. Zənnimizcə bu mesaj ünvanına çatmışdı. Bayraq qürurdu, namusdu, müqəddəsdi! Bir əhvalat yadıma düşdü. Cümhuriyyət savaşında Türk Ordusu İzmirdə əzib, dənizə tökür. Mustafa Kamal Paşa döyüş meydanını gəzir. Birdən gözü yerə atılmış toza-palçığa batmış yunan bayrağına sataşır. Əsgərlər onu ayaqlayır, o yan-bu yana keçib gedirlər. Paşa onlara yaxınlaşır: - Yerdəki nədir, əsgər? Türk əsgəri qürurla: - Düşmən bayrağıdır, paşam! Mustafa Kamal Paşa məzəmmətlə ona baxır: - Görürəm düşmən bayrağıdır. Amma o bayraq həm də bir millətin qürurudur! Qaldır o bayrağı! Mustafa Kamal Paşa buna görə böyükdür, yenilməzdir, əsl insandır və... Bursada şərəfsiz Köçəryanla qoşa oturub ermənilərlə keçirilən top oynamağa saat yarım baxanlar... qardaş dedikləri Azərbaycanın Bayrağını stadionun girişində millətin əlindən alıb, ayaqlar altına atdılar. Heç kəs məni qınamasın, bu şərəfsizliyi, yaltaqlığı, alçaqlığı heç vaxt unutmayacağam və yeri gəldikdə AKP-çilərə xatırladıram. O... düşmən bayrağı, bu da... qardaş(!!!) Bayrağı. Yox!!! Bunlar Qazi Mustafa Kamal Paşa Atatürkün mində biri də ola bilməzlər və ola da bilmirlər! Amma o döyüşdən bir epizodu da xatırlatmaq istəyirəm. Türk Ordusu düşmənə qalib gəlir və İzmirə daxil olur. İşğalçıların talan etdikləri İzmiri al Bayraq dənizində görəndə hamı, Mustafa Kamal Paşa da heyrət içində qalır. Yerlilərdən birindən soruşur: - Bu qədər bayrağı haradan almısınız? Həmin adam cavab verir: - Bu gördüyün al bayraqlar qız-gəlinin cehizliyidir, paşam. Gizlədib, bu ğünə saxlamışdılar. Qismət oldu. Bax eşidib, sevdiyimiz “İzmir marşı”nın tarixi budur – “İzmirin dağlarında çiçəklər açar...” Əlbəttə, onu da bilirsiniz ki, indi bu marşı az qala qadağan etmək istəyirlər. Sanki qorxurlar, Atatürkün ayaq səslərini eşidirlər. O möhtəşəmliyin qarşısında acizliklərini dərk eləyirlər. O Bayraq indi Lələtəpədə, Cocuq Mərcanlıda dalğalanır. İndi bizim dağlarda da çiçəklər açır. İndi hər evdə üçrənğli Bayrağımız var. Şuşada, Laçında, Kəlbəcərdə, Göyçədə, Zəngəzurda dalğalanacaq Bayrağımız. 

MODERN.AZ

#HidayətElvüsal

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev