BDU-nun hüquq fakultəsinin tələbəsi Gəncə avtovağzalından Bakı yolçuluğunda yoxa çıxdı

"15 FEVRAL 2001-ci il doğumlu Qurbanov Mais Aslan oğlu 17 fevral 2019-cu il tarixdə, saat 12:40 radələrində Goranboy rayonundan Gəncəyə yola salınıb ki, Gəncə avtovağzalından Bakıya univeristetə yollansın, Gəncə avtovağzalında görənlər olub, amma o saatlardan indiyə qədər Maisdən bir xəbər ala bilmirlər.
Xatırladaq ki, Mais bu il yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub və ən yüksək bal toplayan gənclərdən olub.
Xahiş olunur məsələni ictimailəşdirin, ailəsinə bu gənci tapmaqda kömək edək.
Əlaqə nömrəsi budur : 50-999-99-32 (Vicay)"