Beynəlxalq İşçi Qrupu: Şahbaz Quliyevin azad edilməsi müzakirə oluna bilər


"Qətldə ittiham olunmayan Şahbaz Quliyevin azad olunması məsələsi müzakirə oluna bilər”.

Kalbajar.com Modern.az-a istinadən xəbər verir ki, bu barədə Qarabağ münaqişəsində İtkin Düşmüş Şəxslərin Axtarılması, Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupun həmsədrləri Svetlana Qannuşkina, Paata Zakareişvili, Bernhard Klazen Ermənistanın news.am saytına müsahibəsində deyiblər:

"Azərbaycan tərəfi Dilqəm Əsgərovla Şahbaz Quliyevin müəyyən şərtlər qarşılığında azadlığa buraxılmasını təklif etmişdi. Heç olmasa onlardan brinin azadlığa buraxılmasını. Məsələn, heç bir qətldə ittiham olunmayan Şahbaz Quliyevin azadlığa buraxılmasını müzakirə etmək olardı”.

Beynəlxalq İşçi Qrupun fikrincə, onların azadlığa buraxılması humanitar addım olardı: "Biz bilirik ki, erməni tərəfi cinayətlərə görə məhkum olunanlarla sadə vətəndaşları dəyişməyə hazır deyil. Amma düşünürük ki, humanizm baxımından Ermənistan tərəfi əsir və girovların dəyişməsi məsələsində güzəştə gedə bilər. Ən azından bu məsələni müzakirə etmək olar”.

Hüquq müdafiəçiləri hazırda əsir və girovların dəyişdirilməsi, itkin düşənlərin axtarışı ilə bağlı münaqişə tərəflərinin əməkdaşlıq etmədiklərini və bunu aradan qaldırmaq üçün səy göstərdiklərini əlavə edib.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev