“Beynəlxalq Qızıl Xaç Komitəsindən artıq heç nə soruşmuram, onsuz da...”

“Özümüz də nigaranıq, bu nə qədər belə davam edəcək, bilmirəm...” Kalbajar.com xəbər verir ki,bunu Moderator.az-a açıqlamasında erməni girovluğunda saxlanılan Şahbaz Quliyevin qardaşı İlham Quliyev deyib. İ.Quliyev qardaşından çox nigaran olduqlarını bildirib: “Şahbazla bağlı nə xəbər eşidirəmsə, onu da sizin kimi televiziyadan və ya mediadan öyrənirəm. Başqa heç bir məlumatımız yoxdur. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrindən artıq heç nə soruşmuram. Onsuz da bizə heç bir şey təqdim etmirlər, ancaq şifahi məlumat verirlər. Özümüz isə çox nigaranıq, bu nə qədər belə davam edəcək, bilmirəm. İki il öncə gördüyüm şəkillərində isə Şahbaz tanınmaz hala düşmdüşdü, arıqlamışdı”. Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən erməni hərbçiləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti ermənilərdən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Noyabrın 15-də isə BQXK nümayəndələri yenidən girovlara baş çəkib.

81 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev