Bişkekdə “Müsəlman dünyasının ilk dünyəvi parlamentli dövləti” adlı beynəlxalq konfrans keçirilib


Azərbaycanın Qırğızıstandakı səfirliyi və Yusup Balasaqun adına Qırğızıstan Milli Universitetinin (QMU) birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr edilmiş “Müsəlman dünyasının ilk dünyəvi parlamentli dövləti” adlı beynəlxalq konfrans keçirilib.


AZƏRTAC xəbər verir ki, tədbirdə Qırğızıstanda akkreditasiya edilmiş diplomatik nümayəndəliklərin başçıları və əməkdaşları, universitetin rəhbərliyi və professor-müəllim heyəti, tələbələr, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Konfransa gələn qonaqları Azərbaycan və qırğız milli geyimlərində olan gənclər qarşılayıb. İştirakçıların diqqətinə Azərbaycanın tarixi və həqiqətlərini əks etdirən kitab sərgisi təqdim edilib. Əvvəl Azərbaycan və Qırğızıstanın dövlət himnləri səslənib. Universitetin rektoru Kanat Sadıkov AXC-nin fəaliyyətindən danışıb, rəhbərlik etdiyi təhsil ocağında mühüm tarixi hadisəyə həsr olunmuş konfrans keçirilməsindən məmnun olduğunu bildirib.



Sonra Bakı Dövlət Universitetinin rektoru, professor Abel Məhərrəmovun konfrans iştirakçılarına videomüraciəti səsləndirilib. Rektor müraciətində bildirib ki, 1918-ci il mayın 28-də AXC-nin yaranması Azərbaycan xalqının tarixində mühüm hadisədir. AXC-nin önəmli işlərindən biri də Bakı Dövlət Universitetinin yaradılması olub. Azərbaycan Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən BDU-nun 100-illiyi yubileyi dövlət səviyyəsində, o cümlədən UNESCO və ISESCO tərəfindən Paris və Rabat şəhərlərində keçiriləcək. O, həmkarı Kanat Sadıkovu yubiley tədbirlərinə dəvət edib.

Daha sonra konfrans iştirakçılarının diqqətinə AXC-nin tarixi və baniləri barədə videosüjet təqdim olunub. Rusiya Federasiyasının Qırğızıstandakı səfiri Andrey Krutko AXC-nin yaranması dövründə regionda beynəlxalq vəziyyət və gərgin tarixi şərait haqqında danışıb, Azərbaycan xalqının əzmi nəticəsində müstəqil dövlətin yarandığını deyib. Diplomat Azərbaycanın inkişafı haqqında söhbət açıb, Rusiyanın Azərbaycanın dostu olduğunu bildirib.



Qırğızıstanda səfərdə olan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu ölkəsinin Bişkekdəki səfiri Cengiz Kamil Fırat ilə tədbirdə iştirak edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından və öz adından konfransda iştirak edənlərə salamlarını çatdıran Yalçın Topçu tədbirə qatılmağından məmnunluğunu ifadə edib. O qeyd edib ki, müstəqillik əldə edən Azərbaycana göstərilən təsirlərə baxmayaraq, Azərbaycanın yüksələn bayrağı bir daha etmədi və xalqın qəhrəmanlığı sayəsində bir daha enməyəcək.

Qazaxıstanın bu ölkədəki səfiri Kərim Kokrekbayev deyib ki, AXC-nin yaranması ölkədə gedən ictimai-siyasi və mədəni proseslərin məntiqi nəticəsi idi, o zaman respublikanın gördüyü işlər gələcək müstəqillik üçün təməl yaradıb, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan bu zəngin ənənələrdən istifadə edib. Qazaxıstan-Azərbaycan münasibətlərinə toxunan səfir Xəzəryanı ölkələrin Qərb və Şərq arasında körpü olduğunu, Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə qoşulması ilə regional və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdiyini bildirib.


Səfir Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin 2017-ci ilin aprelində Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərimizdə yeni imkanlar açdığını vurğulayıb. Türkmənistanın Qırğızıstandakı səfiri Şadurdı Meredov Azərbaycan xalqını AXC-nin 100 illiyi münasibətilə təbrik edərək, bunun tarixi hadisə olduğunu, bu günün Azərbaycanın müstəqilliyinin əsaslarını qoyduğunu deyib. Türkmənistan-Azərbaycan münasibətlərinə toxunan diplomat qeyd edib ki, ölkələrimizi bağlayan qardaşlıq telləri hazırda həyata keçirilən irimiqyaslı nəqliyyat-tranzit dəhlizləri və digər layihələr sayəsində daha da möhkəmlənir, qlobal və regional təhlükəsizliyə öz töhfəsini verir.

Konfransda universitetinin professoru, tarix elmləri doktoru Zayraş Qaliyeva "Müstəqil Azərbaycan: dövlət müstəqilliyinin bərpası və qorunması", dosenti, tarix elmlər namizədi Turdubek Şeyşekanov “Sovet hakimiyyətinin ilk illərində Mərkəzi Asiyanın türkdilli xalqlarının və Azərbaycanın müstəqillik mübarizəsi”, baş müəllim Asılbek Orozov "Müasir dövrdə Qırğızıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafı" mövzusunda məruzələrlə çıxış ediblər. Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov 100 il əvvəl yaranan və cəmi 23 ay yaşayan AXC-nin müsəlman Şərqində ilk dünyəvi parlamentli demokratik respublika olduğunu vurğulayıb, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycan xalqının tarixinin bu şanlı günlərinin müsəlman dünyasının salnaməsinə qızıl hərflərlə yazıldığını qeyd edib.

Diplomat bildirib ki, AXC-nin siyasi sisteminə, demokratik dövlət quruluşuna, həyata keçirildiyi islahatlara, eləcə də təyin etdiyi məqsəd və vəzifələrinə görə Avropanın ənənəvi demokratik dövlətlərindən geridə qalmayıb, Azərbaycan müsəlman dünyasında qadınlara seçki hüququ verən ilk ölkədir, hətta bu baxımdan Avropa və Amerikanın bir sıra ənənəvi demokratik dövlətlərini qabaqlayıb.

Səfir müstəqil Azərbaycanın AXC-nin siyasi və mənəvi varisi olduğunu və müstəqilliyinin bərpasından sonra AXC dövründəki kimi torpaqlarımızın erməni təcavüzü ilə üzləşdiyi, Ermənistanın təcavüzü nəticəsində ərazimizin 20 faizinin işğal edildiyini və 1 milyon soydaşımızın doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edib. H.Orucov 1993-cu ildə BMT Təhlükəsizlik Şurasının işğala son qoyulması, zəbt edilmiş torpaqların qeyd-şərtsiz azad olunması barədə qəbul etdiyi dörd qətnaməsinin hələ də yerinə yetirilmədiyini iştirakçıların diqqətinə çatdırıb.

Diplomat müasir Azərbaycanın tərəqqisindən, qitələrarası layihələrin həyata keçirilməsində iştirakından, dünya birliyindəki yerindən və mövqeyindən söz açıb. Diplomat ölkəmizin Qırğızıstanla əlaqələrindən danışaraq bildirib ki, xalqlarımız etnik və tarixi əlaqələr, mədəniyyət, adət-ənənələr və dil birliyi ilə bağlıdır. Ulu öndər Heydər Əliyev dediyi kimi: “Biz kökü bir, dili bir olan xalqlarıq, “Manas”ın dili – bizim ümumi dilimizdir”. Səfir bu yaxınlığın daha səmərəli əməkdaşlıq üçün böyük imkanlar açdığını, əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinin ölkə rəhbərlərimizin siyasətlərinin prioritet istiqamətlərindən olduğunu qeyd edib.

Sonda səfir QMU-nə bu tədbirə ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib, sərgidə nümayiş etdirilən kitabların universitetin kitabxanasına hədiyyə etdiyini vurğulayıb. 

AZƏRTAC

#AXC100 #Cümhuriyyət #AzərbaycanRespublikası

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev