Biologiya üzrə fəlsəfə doktoru - Leyla Hüseynova

Hüseynova Leyla Məmməd qızı 1980-ci il fevralın 7-də Kəlbəcər rayon, Laçın   kəndində   ziyalı   ailədə   anadan   olmuşdur.   1986-cı   ildə   Kəlbəcər   rayon,Almalıq kəndində birinci sinfə daxil olub, 1996-cı ildə Kəlbəcər rayonu 25 saylıorta   məktəbi   bitirmişdir.   Elə   həmin   ildə   Azərbaycan   Dövlət   Pedaqoji Universitetinin Biologiya fakültəsinə daxil olmuş, 2000-ci ildə məzun olmuşdur. 


2000-2007 illərdə Kəlbəcər rayonu 25 saylı orta məktəbdə biologiya müəlliməsi işləmişdir. 

2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "İnsan və heyvan fiziologiyası" ixtisası üzrə  magistraturaya daxil olmuş və 2006-cı ildə Fərqlənmə diplomu ilə bitirmişdir.

2009-2013-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "İnsan və heyvan   fiziologiyası"   ixtisası   üzrə   doktoranturada     təhsil   alıb.   2017-ci   ildə "Postnatal ontogenezdə baş beyin strukturlarında piruvatkinazanın aktivliyinə bəzi stress amillərin təsiri" adlı mövzuda dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Azərbaycanda   və   ölkə   xaricində   dəfələrlə   Elmi   Qurultaylarda,   Elmi Konfranslarda məruzə ilə çıxış edərək Sertifikatlarla təltif olunmuşdur. 15-dən çox elmi məqalələr və tezislərin müəllifidir.

2007-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "İnsan və heyvan fiziologiyası" kafedrasında baş müəllim vəzifəsində çalışır. Ailəlidir. 2 övladı var

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev