"Bir gün gələcək"-Nəsib Verdiyev



Gözlərimi açıb bir bahar günü, Baxıb görəcəm ki, Kəlbəcərdəyəm. O uzaq yolları yorub gəmişəm. Atmışam həsrətin, qəmin daşını, Tüpürüb qürbətə durub gəlmişəm. Deyirsən ər kimi aşıb sədləri, Kəpəzdən, Murovdan aşdıq bu bahar. Dəli Koroğlunun nəvəsi kimi, Hay salıb, qıy vurub, coşduq bu bahar. Həsrətim, nisgilim göynətmir məni, Nə xoşdur qədəmi bu yazın belə. Sevincdən dil açır quru çeşmələr, Məni ovsunlayır avazın belə. Buludlar ağlamır daha halıma, Yuyur əllərimi çəmənin şehi, Bəyaz saçlarımı yolmur küləklər, Qəlbimi oxşayır səhərin mehi. Hər yanı bürüyüb ətri güllərin Yenə dil-dil ötür baxçada quşlar, Daha boynu buruq deyil qayalar, Düzəlidib qəddini bu qala daşlar. Qədəmi uğurlu olub bu yazın, Bu bahar qaranquş elçin olubdu. Tanrı da eşidb dualarını. Bütün arzuların çin-çin olubdu. Bir qızda əlimdən yapışıb mənim. Deyir ki,- görürsən dağa gəlmişik. Yadların əlində aman istəyən, Dağılan məhləyə, bağa gəlmişik. Bu il üzümüzə baxıb yaradan, Bağların içində bəhərə bir, bax. Bir eşqin hardasa şahidi olan, Dağılmış, sökülmüş çəpərə bir, bax. Ta həsrət adında yurdun qalmayıb, Daha boğmayacaq qəm, qəhər bizi. Soyuyub dağların hirsi deyəsən, Yəqin bağışladı Kəlbəcər bizi. Diksinib qalxıram xəyal yuxumdan, Yenə dərd sinəmi dağıdıb, sökür. Üzümü göylərə tutub deyirəm, Xüdaya mənimtək dəlinə şükür. 

Nəsib Verdiyev


0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev