top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Bir qrup ziyalı tələbə-gənclərlə birlikdə Kəlbəcər Muzeyində - FOTOLAR



18 may 2022-ci il tarixində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar bir qrup kəlbəcərli ziyalı Kəlbəcər Tarix-Diyarşünaslıq Müzeyini ziyarət edib. Tədbirdə Milli Məclisinin üzvü Aqil Məmmədov, YAP Kəlbəcər rayon təəşkilatının sədri Həbib Misirov, Kəlbəcər tam orta məktəblərinin müəllimlərindən Sabir Mirzəyev, Gültəkin Cəlilova, eləcə də tələbə-gənclər iştirak ediblər. Muzeyin əməkdaşları qonaqları səmimi qarşılayaraq burada toplanan eksponatlar barədə ziyarətçilərə məlumat veriblər.


Xatırladaq ki, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi rayonun işğalından sonra Bakı şəhərində yenidən yaradılıb. Çünki erməni vandalları Kəlbəcəri işğal edən zaman tarixin nadir inciləri sayılan eksponatlarla zəngin muzeyi talan, əşyalarını isə qarət ediblər.


Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bərzani Əsgərov bildirib ki, içərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar olan bu mədəni irs abidəsi 1982-ci ildə yaradılıb. O, ziyarətçilərin nəzərinə çatdırıb ki, muzeyin Kəlbəcər şəhərindəki həyəti 900 kvadratmetrdən artıq olub. Muzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib. Muzeyin divarlarında daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, bəbir və dağ keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü at və qoç heykəlləri nümayiş etdirilirdi. Burada “Bəzir daşı" deyilən iki qədim abidə nəzərə çarpırdı. Dəyirman daşlarından 10 dəfə böyük olan bu bəzir daşlarını qoşqu vasitəsilə dikinə fırladıb zəyərək adlı bitkidən yağ alırmışlar. Deyilənə görə bu yağlardan yaman şişlər müalicə olunurmuş. Mütəxəssislər və tamaşaçılar Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyini həm də geologiya, arxeologiya, incəsənət və səs muzeyi adlandırıblar.


Muzeyin yaradıcısı mərhum alim-şair, filologiya üzrə fəlsəfə doktoru Şamil Əsgərovun min bir zəhməti sayəsində yaradılmış muzey bu gün də zənginliyi ilə seçilir. Bərzani Əsgərov bildirib ki, muzey Bakıda bərpa edildikdən sonra ziyatətçilər, xüsusilə gənclər Kəlbəcər rayonunun tarixi və mədəni həyatı barədə daha çox maraqlanmağa başlayıb. Onun sözlərinə görə, muzeyin fondu çox zəngindir və bu mədəni irs abidəsi işğaldan azad edilmiş Kəlbəcərdə yenidən bərpa ediləcək.

Yeri gəlmişkən, 30 ilə yaxın müddət ərzində Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində zəngin muzeylərimiz, şəkil qalereyaları ilə yanaşı çoxsaylı mədəniyyət nümunələrimiz də məhv edilib. İşğal altında olan rayonlarımızda vaxtilə ümumilikdə 100 mindən artıq əşyanın toplandığı 22 muzey fəaliyyət göstərib. Onların hamısı erməni silahlı qüvvələri tərəfindən talan edilib. Ümumilikdə işğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Qarət edilmiş muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar vardır.

Kəmalə ƏLİYEVA, Gəncə Dövlət Universitetinin tələbəsi


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page