“Bizim ailədə mübtəda Qarabağla başlayır, xəbər Qarabağla bitir” - Baş redaktorun tələbə oğlu


Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbulun  nəticələrini  açıqlayıb.

Ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731  nəfəri (o cümlədən 5 785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 799  (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 932 (o cümlədən 5 006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Universitetlərə qəbul olunan şəxslər arasında mətbuat nümayəndələrinin övladları da var. Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadənin oğlu Hüseyn atasının izi elə gedərək, jurnalistikaya sənəd verib. Hüseyn Hüseynzadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. 

Hüseyn tələbə kimi ilk təəsüratlarını Modern.az-la bölüşüb. Onun əməkdaşımızla söhbətini təqdim edirik:

- Hüseyn, ilk olaraq özün haqqında məlumat verə bilərsənmi? Təvəllüdün, məzunu olduğun  məktəb və s. bizə maraqlıdır.

- Mən Hüseyn Hüseynzadə, 17 yaşım var. Atam planetin incisi Kəlbəcərin bənzərsiz təbiəti olan Başlıbel kəndindəndir. Mən özümü həmin kəndin bir sakini hesab etsəm də, bəlli səbəblərdən Bakıda təhsil almışam, əvvəlcə Binəqədi rayonu, 7-ci mikrorayondakı 126 saylı orta məktəbdə, sonrakı 3 ildə “İdrak” liseyində təhsil almışam.

- Bəzən uşaqlar ixtisas seçimi edərkən valideynlərinin təsirində qalır. Bəs sən necə, daxil olduğun  ixtisası sevirsənmi, yoxsa ağlın başqa bir peşə vardı?

- Bizim ailədə mübtəda Qarabağla başlayır, xəbər Qarabağla bitir. Ona görə də mən atamı həmişə informasiya savaşının səngərində keşikdə dayanan bir əsgər hesab etmişəm. Görünür, jurnalist peşəsini seçməyimdə bu ovqatın təsiri olub.

- Azərbaycanda jurnalistika təhsili verən bir neçə ali təhsil ocağı var. Sənin Bakı Dövlət Universitetini seçməyinin xüsusi bir səbəbi varmı? Daxil olduğun yer ərizəndə ilk sıralarda idi?

- Təbii ki, BDU Azərbaycan təhsilinin ən öndə gedən və gözəl ənənələri olan təhsil ocağıdır. Elə ilk sırada yazdığım yer də BDU-nun Jurnalistika fakültəsi idi. Mən bayaq qeyd elədim, bizim ailədə jurnalistika sadəcə iş deyil, həm də həyat tərzidir.

- Bəzi tələbələr bakalavriat pilləsini başa vurandan sonra təhsilini magistratura, doktorantura səviyyəsinə qaldırır. Sənin gələcək üçün belə bir planın varmı, varsa hansı ölkələri təhsil üçün seçərdin?

- O gələcəyin işidir. Hələliksə əsas arzum təhsil aldığım dövrdə şəhid qanı ilə suvarılan torpaqlarımızın işğaldan azad olunması və Kəlbəcəri görməyimdir. İnşallah, işğaldan azad olunduqdan sonra dövlətimizin və vətəndaşların qarşısında başqa hədəflər dayanacaq. O zaman seçim etmək imkanı olacaq ki, millətə faydalı olmaq üçün özümü daha çox harada görürəm.

- Son olaraq, sən də bilirsən ki, abituriyent olmaq asan bir iş deyil. Bundan sonra ali məktəblərə hazırlaşacaq şagirdlərə tövsiyələrin varmı?

- Onlara tövsiyəm odur ki, oxumaqdan heç zaman bezməsinlər, usanmasınlar. Əmin olsunlar ki çəkilən zəhmət yerdə qalmır və arzularınıza qovuşmaq üçün seçim etmək fürsəti yaranır. Sutka 24 saatdır. Bu zaman müddətində həm təhsilə, həm istirahətə, hətta ev qayğılarına əl atmağa da vaxt qalır. Yəni bir sözlə, oxumaq deyildiyi kimi də zülm bir iş deyil. Yetər ki, sevə-sevə oxuyasan, candərdi yox.



54 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev