Bosniya və Herseqovinada AXC ilə bağlı konfrans keçirildi - FOTO



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 10 yanvar 2018-ci il tarixli “Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” verdiyi sərəncamlar əsasında dekabrın 9-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycan Respublikasının Serbiyada, Bosniya və Herseqovinada və Monteneqroda Səfirliyinin təşəbbüsü və dəstəyi eləcədə, Bosniya və Herseqovinanın elm ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Bosniya və Herseqovinanın dövlətçiliyinin 75 illiyinə həsr olunmuş “Şərq və Qərb körpüləri” adlı beynəlxalq konfrans keçirilib.

Kalbajar.com Modern.az-a istinadən xəbər verir ki, konfransda Bosniya və Herseqovinadan elm adamları, tanınmış ictimai-siyasi xadimləri, beynəlxalq hüquq üzrə nüfuzlu hüquqşünaslar, qeyri-hökumət təşkilatları, Bosniya-Azərbaycan Dostluq Cəmiyyətinin və KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Serbiyada, Bosniya və Herseqovina və Monteneqroda səfiri Eldar Həsənov, “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasınınprezidenti, professor Adil Kulenoviç, Bosniya və Herseqovinanın Elmlər Akademiyasının müxbir üzvü, akademik Slavo Kukiç,Bosniya və Herseqovina Xarici İşlər Nazirliyinin nümayəndəsi səfir Sabit Subaşiç, Bosniya və Herseqovinanın Tuzla universitetinin professoru Zlatan Deliç, Bosniya və Herseqovina, Serbiya və Monteneqronun Yazıçılar Assosiasiyasının, Bosniya və Herseqovinanın Jurnalistlər Assosiasiyasının və “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının üzvü, Travnik Beynəlxalq Universitetinin professoru Sabahudin Hadjialiç, Bergen (Norveç) Universitetinin keçmiş professoru, “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının üzvü Djemal Sokoloviç, Sarayevo Universitetinin siyasi elmlər fakültəsinin professoru Senadin Laviç, Bosniya və Herseqovinanın Milli Qalereyasının direktoru, dramaturq Strayo Krsmanoviç və Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Mərkəzin direktoru Seyran Mirzəzadə tədbirdə çıxış ediblər.

Tədbirin açılış hissəsində çıxış edən səfir E.Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan tədbirin təşkilində fəal iştirakına görə Bosniya və Herseqovinanın elm ictimaiyyətinin görkəmli nümayəndələrini, nüfuzlu ziyançılarını özündə birləşdirən “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının bütün nümayəndələrinə, xüsusilə də Assosiasiyasının prezidenti Adil Kulenoviçə minnətdarlığını ifadə etdi.


Azərbaycanın dövlətçilik tarixində ən parlaq və unudulmaz günlərdən biri olduğunu deyən səfir, 100 il bundan əvvəl, 28 may 1918-ci ildə tarixi “İstiqlal bəyannamə”sinin qəbul edilməsi ilə müsəlman dünyası, Şərq və Azərbaycan tarixində ilk parlament tipli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 7 dekabr 1918-ci il tarixində fəaliyyətə başlayan parlamenti barədə məlumat verdi.

Səfir çıxışında həmçinin bildirib ki, Azərbaycan xalqının uzun illər apardığı milli azadlıq mübarizəsi, eyni zamanda SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi, həmin dövrdə Azərbaycanın üzləşdiyi problemlər, o cümlədən havadarlarının dəstəyi ilə Ermənistanın təcavüzü nəticəsində ölkəmizin Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğal edildiyi barədə məlumat verdi.

Eyni zamanda qeyd edildi ki, Azərbaycan xalqının ümummilli lideri, böyük siyasi təcrübəyə malik görkəmli dövlət xadimi Heydər Əliyev müstəqilliyimizin bərpasının ilk illərində ölkədə mövcud ağır vəziyyəti düzgün qiymətləndirərək müstəqil dövlətçiliyimizi təhlükələrdən xilas etmiş, Azərbaycan cəmiyyətini və xalqını birləşdirmiş, cəsarətli qərarlar qəbul edərək unitar, hüquqi, demokratik, dünyəvi və müstəqil Azərbaycan dövlətinin inkişafına və möhkəmləndirilməsinə nail olmuşdur. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strategiyanın bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırıldı. Eyni zamanda Azərbaycanın müxtəlif beynəlxalq layihələrin, o cümlədən Şərq-Qərb, Şimal-Cənub, qədim İpək yolunun tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmiryolu magistralı, Cənub Qaz Dəhlizi - TANAP və TAP enerji layihələrin, mədəniyyətlərarası dialoq platformasına çevrilmiş “Bakı prosesi”, mədəniyyətlərarası dialoq Forumu və Sivilizasiyalar Dialoqu, Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli” və 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının təşəbbüskarı olduğu vurğulandı.

Səfir həmçinin Azərbaycan ilə Bosniya və Herseqovina arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərindən bəhs etdi.


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə öz təbriklərini çatdıran səfir Sabit Subaşiç ölkəmizin Balkanlarda, xüsusilə BvH-də səmərəli fəaliyyətini vurğuladı, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə etdi.

Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasınınprezidenti Adil Kulenoviç çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və Bosniya və Herseqovinanın dövlətçiliyinin 75 illiyinə həsr olunmuş tədbirin millətlər arasında dialoq və əməkdaşlığa, regionda sülh və əmin-amanlığın təmin edilməsinə töhfə verməsinə xidmət etdiyini vurğuladı.

Sonra “Tarixi irs və Şərq və Qərbi birləşdirən ölkələrin geosiyasi mövqeyi (Azərbaycan və BvH misalında)” və “Qloballaşanın müasir çağırışları və körpü-dövlətlərin dostluq və əməkdaşlıqda rolu” / “Mədəni açıqlıq və Şərq və Qərbi birləşdirən multikulturalizm dəyərləri” adlı iki sessiyadan ibarət konfrans işinə davam etdi.

Sessiyalarda natiqlər multi-identiklik ölkələrin, o cümlədən avanqard Azərbaycanın müxtəlif xalqların illərlə sosial, mədəni və siyasi əməkdaşlığı vasitəsilə multietnik cəmiyyətin yaxşılaşdırılmasını anlamaq üçün dünyaya yardım edə bilməsindən, Azərbaycan və Bosniya və Herseqovinanın Şərq və Qərb arasında körpü yaradılmasında və beynəlxalq ictimaiyyətin sağlamlaşması, möhkəmlənməsi üçün multikulturalizmin qorunmasında əhəmiyyətindən, hər iki ölkə ictimaiyyətinin qədim ənənəyə, tolerantlıq təcrübəsinə malik olduğundan bəhs etdilər.

Tədbirdə iştirakçılar maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi apardı. Sonda konfransın nəticələrinə dair bəyanat qəbul edildi.

Tədbir zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş materiallar və eləcə də ölkəmizə aid nəşrlər paylanılıb.

Konfrans yerli nüfuzlu mətbuat orqanları tərəfindən video lentə alınmış, həm televiziya həm də KİV-də geniş işıqlandırılıb.

#AXC100

19 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev