'Bu dərdi DAĞLARA kim QARĞAMIŞDI' - Elməddin NİCAT

Elməddin Nicat 1982-ci il avqust ayının 23-də Kəlbəcər rayonunun Zəylik kəndində anadan olub.1999-2003-cü illərdə Gəncə Dövlət Universitetinin Tarix fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2007-ci ildə ailə həyatı qurub. 2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür. Şeirləri müxtəlif mətbu orqanlarda, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.”Dağlar, yuxunuz çin olsun” şeirlər kitabının müəllifidir.
Bugün Elməddin müəllimin doğum günüdür, kalbajar.com olaraq Elməddin müəllimi təbrik edir,yaradıcılığında uğurlar arzulayırıq.Oxuculara dəyərli şairimizin şeirlərin təqdim edirik.
BU DƏRDİ DAĞLARA KİM QARĞAMIŞDI Bir fotonun yaddaşında kəndimizin bir hissəsi yadigar qalıb Sən hardan əlimə keçdin bu axşam, Sənli xatirələr nələr danışdı. “Elin cüda düşsün elsiz qalasan”— Bu dərdi dağlara kim qarğamışdı?! O yalın yarpızı, nərgizi qərib, O döşdə köz kimi lalə közərib. O koldan bir gözəl bənövşə dərib, Yönü bu şəhərə pay yollamışdı. O daşda kəklikdən naz sallanırdı, Onda o yamacdan yaz sallanırdı. Qayadan bir lülə buz sallanırdı, Bu xınalı daşlar mənə tanışdı. Bu axşam qəribə axtarış oldu, Elə bil aramız bir qarış oldu. Yenə xəyallarım qatqarış oldu, Ağlım avazıdı, fikrim qarışdı.
24.12.11.
***
AKİF SƏMƏDə
Kəlbəcər hara qayıtsın, Kəlbəcərə biz qayıdaq.
Akif Səməd Bəxtəvərdik, kef eylərdik, Qəribliyə ögeylərdik. Əl verməyən bədöylərdik, Bizlərə kəmənd atdılar. Köksüm altı yurd qorudu, Yağmalandı yurd qurudu. Gözü kimi yurd qorudu, Göydəmir, səmənd atdılar. Kimsə keçməz keçiddilər, Bizi candan keçirtdilər. Dərə-dərə kiçiltdilər— Tovlayıb kənd-kənd atdılar. Toy oldu toya gəlmədi, Çapıb da haya gəlmədi. Bilmədin Niyə gəlmədi?- Ay Akif Səməd, atdılar.
13.02.2012
***
ÖMRÜ Mərhum şair Eldar Nəsibli Sibirelin 60 illiyində Açırsan gözünü dünya darısqal, Taleyin mindirir qatara ömrü. Dünyanı duymayan körpə uşağın, Ağlına gəlmir ki, qurtara ömrü. Yığılan bənövşə qomu yaşamır, Zirvədə səhranın qumu yaşamır. Mən yaxşı bilirəm hamı yaşamır Yamyaşıl içində, ağ-qara ömrü. Özün bilməyənə görk dərdi vardı, Ağlı kəsməyənə dərk dərdi vardı. İçində bir bütöv türk dərdi vardı, Tanrı çoxmu gördün Eldara ömrü.
16.05.2012 ***
ÇƏKİR Şairə Fərqanə Mehdiyə Bir ürək bənövşə şəklin, Ürəyi kövrəklər çəkir. Dərd ayrı bir filimdi, Onu da ürəkər çəkir. Bu nə yanğın, bu nə əhval, Lap əridim misqal-misqal. Sevdalı başlara sığal— Sərsəri küləklər çəkir. Yollardan yığış həsrətim, Ay alqış, qarğış həsrətim. Bir damcı yağış həsrətin, Yanıxmış çiçəklər çəkir. Təki Allah eyləməsin, Bir kimsə ah eyləməsin. Sevənlər günah eyləməsin, Çiynində mələklər çəkir. ***
Qayğılar zamana yüklü, Saatım geriyə dönmür. Məndən ona sevada yolu, Ondan bəri yol görünmür. Kimsə düşüb dalımıza, Hay-haraynan kimdi elə. Qara bəxtim, qara vaxtım Əvvəlim, ilkimdi elə. Yolumu ağlım aparır, Ürək məni sənə çəkir. Ağardın ağlım, bilmədin, Nə çəkir ürək, nə çəkir. Hərdən bir qız əl eyləyir, İllərin o tərəfindən. Yaman tez-tez ağrı qalxır, Sinəmin sol tərəfindən.
07.05.2012
Qayğılar zamana yükdü, Saatım geriyə dönmür. Məndən ona sevda yolu, Ondan bəri yol görünmür. Kimsə düşüb dalımıza, Hay-haraynan kimdi elə. Qara bəxtim, qara vaxtım Əvvəlim, ilkimdi elə. Yolumu ağlım aparır, Ürək məni sənə çəkir. Ağardın ağlım, bilmədin, Nə çəkir ürək, nə çəkir. Hərdən bir qız əl eyləyir, İllərin o tərəfindən. Yaman tez-tez ağrı qalxır, Sinəmin sol tərəfindən.
***
BU AXŞAM… Bu axşam səmada buludlar saya, Boylanır gecədən ulduzlar qərib. Ya qismət, bir daha ola-olmaya, Yaxşı ki, bəxt bizə xoş üz göstərib. Bəlkə də bir ömür bəs edər bizə. Bu siyah gecədə doğulan sevgi. Açılar sabaha , çıxar gündüzə, Ən acı qəhərdən boğulan sevgi. Xurmayı saçların sığala yatar, Zərif əllərində bir əl yeri var. İlahi sevgilər nağıla yatar, Ürəyin bir aləm dərdi-səri var. Bəyaz sifətinə baxıb bu ayın, Min sevda nəğməsi oxumaq olar. Qara gözlərinə baxıb arxayın, Sevgini hüsnünə toxumaq olar. *** BU DƏRDİ KİMƏ DANIŞSAM… Bu dərdi kimə danışsam, Göynəyib göylərə çıxar. Dilində sızlar bayatı, Yanğısı neylərə çıxar. Qar tutdu eşqin gədiyin, Bircə səndin güvəndiyim. Ah tutar, qoca kötüyün Ağrısı şüylərə çıxar. Dərdin acı dərdin atmaz, Dərdbiləni dərd unutmaz. Sevdalanan qərar tutmaz Baş alıb köylərə çıxar.