''Bu gün Məmməd Aslanın yoxluğu çox bilinir, Azərbaycan dilinin sanki şirəsi çəkilir...''


Məmməd Aslan

Bu gün müasir poeziyamızın görkəmli nümayəndəsi, sevimli şairimiz Məmməd Aslanın doğum günüdür. 

Moderator.az söz xiridarının anadan olmasının 80 - ci ildönümü münasibətilə BDU-nun professoru, filologiya elmləri doktoru Qulu Məhərrəmlidən açıqlama alıb:

"Məmməd Aslan iyirminci əsr Azərbaycan poeziyasının çox görkəmli nümayəndələrindən biridir. O, həm xalq şeirinin ruhunun ifadəçisi kimi, həm müasir üslubda yazan və Azərbaycan şeir ənənəsini çox ustalıqla davam etdirən bizim böyük sənətkarlardan, söz ustalarında biridir. İstər onun şeiri, istərsə də Azərbaycan publisistikasında xüsusi yer tutan bədii publisistik yazıları hamısı bizim düşüncə tərzimizin, ruhumuzun ifadəsi olması baxımından çox böyük dəyəri var. Məmməd Aslanın daha çox ana dilimizin inkişafıyla bağlı xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Bu onun yazdığı məqalələrdə də, publisistik yazılarında da ifadə olunub. Xalq dilini, onun ruhunu müxtəlif qatlarını M.Aslan o qədər gözəl bilirdi ki, başqalarından da bunu tələb edirdi. Məsələn, o, uzun müddət “Azərbaycan təbiəti” jurnalında, müxtəlif qəzetlərdə və ömrünün sonuna yaxın “Ekran - efir” qəzetinin baş redaktoruydu. O, bütün yazılara, radioda gedən verilişlərə xüsusi dil tələbiylə yanaşırdı. Özünün də uzun illər Azərbaycan televiziyasının bəzəyi olmuş, çox böyük auditoriya toplayan, “Dərədən-təpədən” verilişi istedadlı uşaqları tapıb ortaya çıxarmaqla yanaşı, Azərbaycan dilinin özəlliklərini, ruhunu ifadə etmək baxımından möhtəşəm idi. 

Onun dili, hətta ən mürəkkəb situasiyaları sadə dillə ifadə etmək ustalığı təkcə dilə bələdliyindən irəli gəlmirdi, həm də onun çox geniş elastik bir təfəkkür sahibi olmasından xəbər verirdi. M.Aslanın bir çox mənalarda qibtə olunası, şeir, poeziya bilgisi, publisitik yaradıcılığı, ədəbiyyat bilgisi, xüsusən türk ədəbiyyatının çox gözəl bilicisi olması adamı heyran edirdi. Mən bir dəfə Bakıdan maşınımla Gəncəyə gedəndə demək olar ki, yol boyu onu danışırdım və türk ədəbiyyatının müasir nümayəndələrindən, orta əsr türk şairlərindən o qədər şeirlər söyləyirdi ki, mən heyrət edirdim ki, bir insanın bu qədər şeir bilgisi ola bilərmi? M.Aslanın çox qiymətli bir kitabxanası var idi, bir tərəfdən mütaliəsi davamlı idi, digər tərəfdən Allahın ona verdiyi o təbii istedadı sayəsində o, bizim iyirmi, iyirmi birinci əsr Azərbaycan poeziyamızın ən şaqraq, ən gözəl, ən parlaq dil ifadəçisi idi. Yəni onun şeirlərində, yazılarında Azərbaycan dili tamam başqa bir biçimdə görünürdü. Dilin təmizliyi, saflığı, ifadə tərzi, ən mürəkkəb mətləbləri ifadə etmək qüdrəti M.Aslanın istedadının bir istiqaməti idi. Ona görə də bu gün M.Aslanın yoxluğu çox bilinir, Azərbaycan dilinin sanki şirəsi çəkilir, onun miqyasda yazıçının, şairin, publisistin olmaması bizim dilimizin parlaqlığına müəyyən dərəcədə solğunluq gətirir. Hesab edirəm ki, M.Aslan bizim qüdrətli, şair və söz ustalarımızdan biri olaraq uzun illər onu tanıyanların xatirəsində əbədi qalacaq. Yaşasaydı, indi onun səksən yaşını qeyd edəcəkdik. İnsan kimi qeyri-adi bir insan idi, yəni M.Aslanla dost olmaq o qədər də asan deyildi. Çevrəsində ona yaxın olan insanlar bilir ki, onun dilə, şeirə qarşı tələbləri sərt deyil idi, amma dostluqda tələbləri sərt idi. İkiüzlülüyü sevməzdi, riyakarlıqdan uzaq bir adam idi, səmimi idi, bütün hallarda M.Aslan özüydü. Ona görə də biz bu gün onu böyük ehtiramla anırıq və Azərbaycan ədəbiyyatında, publisistikasında belə bir nəhəng simanın olmasından məmunluq duyuruq. Allah rəhmət eləsin, ruhu şad olsun”.


Moderator.az

24 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev