Bu il Kəlbəcər rayonundan 14 abituriyent 600-dən çox bal toplayıb

Updated: Sep 5, 2019

Bu il Kəlbəcər rayonundan ali məktəblərə daxil olmaq üçün sənəd vermiş məzunlardan 525 nəfəri tələbə adını qazanıb. Kalbajar.com koordinat.az-a istinadən xəbər verir ki, qəbul imtahanlarında iştirak etmiş kəlbəcərli məzunlardan 64 nəfəri 500 baldan, o cümlədən 14 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Yüksək nəticə əldə edən məzunlardan biri də Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin məzunu Səfərov Qorxmazdır. O, II ixtisas qrupu üzrə 674 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə işi (tədris ingilis dilində) ixtisasına qəbul olub. Qəbul imtahanlarında yülsək nəticə göstərən daha bir gənc Kəlbəcər rayon 80 nömrəli tam orta məktəbin məzunu Salahova Saniyə Xasay qızıdır. O, III ixtisas qrupu üzrə 612 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və ictimai münasibətlər ixtisasına daxil olub.

54 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev