''Bu ilin sonuna kimi 3700-ə yaxın mənzil tikilib təhvil veriləcək''- Rövşən Rzayev

"Bu ilin sonuna kimi 3700-ə yaxın mənzil tikilib təhvil veriləcək".

Kalbajar.com Modern.az-a istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. Komitə sədri bildirib ki, artıq bəzi binalar hazırdır:

"Bəzilərində son tamamlama işləri aparılır. Şirvan şəhərində 685 ailəlik evlər təhvil veriləcək. Cari ildə Beyləqanda 146 ailəlik bina tikilib. İlin sonuna kimi təhvil veriləcək".

R.Rzayev onu da qeyd edib ki, Göygöl, Ucar və Kürdəmirdə də qəsəbələr tikilib və bu il təhvil veriləcək:

"Göyçayda da artıq bir binamız hazırdır. Gələn ilin layihələri ilə bağlı da ali rəhbərliyə məruzə olunacaq. Məcburi köçkünlər üçün gələn ildə də binalar tikiləcək. Evlərin köçkünlərə verilməsi ilə bağlı komissiya yaradılıb. Əvvəl belə bir sistem olmayıb, yeni yaradılıb. Məqsəd evlərin paylanması zamanı şəffaflığın təmin olunmasıdır. Hələ də 24 min qaçqın və köçkün ağır şəraitdə yaşayır. Evlər ilk növbədə onlara veriləcək. Azərbaycan əhalisinin 10 faizi məcburi köçkündür. 700 mindən çox məcburi köçkün var".

Modern.az

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev