"Bu yaxınlarda bir xanım ifaçı ilə duetimiz olacaq, adını hələ ki, bildirmək istəmirəm"



Xalq onu “Muğam müsabiqəsi” ilə tanıdı və sevdi. Dünyanın müxtəlif ölkələrində Azərbaycan musiqisini layiqincə təmsil edən əməkdar artist, Prezident təqaüdçüsü Babək Niftəliyevin Moderator.az üçün verdiyi müsahibəni oxuculara təqdim edirik. - Sənətinizdə hansı yeniliklər var? - Bir çox gözəl bəstələrin müəllifi Ruslan Əhmədoğlu ilə yeni musiqilər üzərində işləyirik. Bununla yanaşı qədim xalq mahnılarını da ifa etmək fikrim var. Hal - hazırda bu mahnılar aranjiman olunur. İnşallah yaxın zamanlarda yeni gözəl ifalar dinləyicilərin sərəncamına veriləcək. - Müxtəlif sənətkarlardan dərs almısınız. Bu sənətdə sizin idealınız kim olub? - Müxtəlif zamanlarda müəyyən tədris ocaqlarında dəyərli sənətkarlarımız Sərdar Bağırov, Canəli Əkbərov, Arif Babayev və rəhmətlik Məmmədbağır Bağırzadə müəllimlərim olmuşdur. Ancaq hər insanın, hələ sənətə, yaradıcılğa meyli olan hər kəsin daxili aləmində, öz dünyasında bir idealı, pərəstiş etdiyi bir insan olur. Mənim də idealım hər zaman dünya şöhrətli sənatkarımız, dəyərli muğam ustamız Alim Qasımov olub. - Musiqinin bir neçə janrında ifa edirsiniz... - Haqlısınız, musiqinin bir neçə janrında ifa edirəm. Ozan sənətini çox sevirəm və bunun məktəbini bitirmişəm. Sazda aşıq musiqiləri ifa edirəm, eyni zamanda səsləndirirəm. Bununla yanaşı klassik bəstəkarların da mahnılarını ifa etməyə üstünlük verirəm. Eyni zamanda vokal, estrada janrlarını da bilirəm. Ancaq mənim tapındığım, ifa etməkdən zövq aldığım janr muğamdır. Mənim üçün muğam ilahi bir musiqidir. - Bir tək Elnarə Abdullayeva duet ifa etmisiniz. Yeni duetlər gözlənilirmi? - Bir xanım ifaçı ilə duetimiz olacaq bu yaxınlarda. Adını hələ ki, bildirmək istəmirəm. Tezliklə siz də şahidi olacaqsınız. - Bəzən muğamı rep və ya meyxana ilə sintez edirlər. Bunu necə qarşılayırsınız? - İlk öncə qeyd edim ki, muğamın hər musiqi ilə sintezi alınır. Ancaq çalışmaq lazımdır ki, bu sintezi də uğurlu həyat keçirəsən. Ümumiyyətlə uğurlu, sanballı olan hər bir iş bəyənilir. Muğamın digər janrlarla sintezinə pis baxmıram, əsas odur ki, görülən iş gözəl, professional olsun. - Eyni zamanda pedaqoji fəaliyyətlə məşğulsunuz. Xanəndə üçün vacib olan amil əsasən gözəl səsdirmi? - Hal - hazırda muğam sənətinə böyük bir diqqət var. Dövlətimiz tərəfindən muğamın dəstəklənməsi, ona olan marağı daha da artırır. Artıq 4 ilə yaxındır ki, mən Sumqayıt Musiqi Kollecində müəllim işləyirəm. Yanıma çox uşaqlar gətirilir. Ancaq mən seçim edərkən ilk öncə səsə, ritm duyumuna və zənguləyə əhəmiyyət verirəm. Bununla yanaşı səs diapazonuna fikir vermək lazımdır. Xanəndənin səsi 2 oktava yarım olmalıdır ki, muğamın şöbə güşələrini ifa etmək mümkün olsun. Daha sonra isə görkəm lazımdır. Ancaq qeyd etdiyim kimi görkəm arxa planda durur. - Efirlərdə az görünürsünüz... - Ustadlarımız hər zaman qeyd edir ki, efirdə çox görünüb dinləyicini doyuzdurmaq olmaz. Dinləyici bir az tamarzı qalmalıdır. Mən də çalşıram efirlərdə çox tez-tez görünməyim. Düşünürəm ki, mən də efirlərdə qədərində görünürəm.                 

Moderator.az 

#Xalqartisti #Əməkdarartist #Müğənni #Muğam

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev