CƏFƏROVA ELMİRA MƏHƏMMƏD QIZI


Cəfərova Elmira Məhəmməd qızı, əslən Kəlbəcərli olan Məhəmməd müəllimin ailəsində, 1939-cu ildə anadan olmuşdur. Cəfərova Elmira 1946-cı ildə Bakı şəhəri 14 saylı orta məktəbinə daxil olub, 1956-cı ildə həmin məktəbi bitirmişdir. Sənədlərini ali məktəbə vermiş və V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə qəbul edilmişdir.

1961-ci ildə Elmira Cəfərova Pedaqoji İnstitutu fərqlənmə diplomu ilə qurtarmışdır. İnstitutu qurtarandan sonra, ömrünü Azərbaycan EA Kimya (qeyri üzvi və fiziki kimya) İnstitutuna bağlamışdı. O, əvvəlcə, orada fiziki kimya (indiki kataliz) laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlamış, elmi işə böyük həvəs göstərmiş, elmi təcrübələrin yerinə yetirilməsində səylə çalışaraq diqqətlilik, təşəbbüskarlıq və yüksək məsuliyyət hissi təccəsüm etdirmişdir. Məhz bu xüsusiyyət onu institutun aspiranturasına gətirib çıxarmışdır.


E.M.Cəfərova 1965-ci ildə həmin imtahan verərək yüksək qiymətlərlə oxuduğu İnstitutun aspiranturasına daxil olmuşdur. 1970-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək, “Silikat birləşmələri əsasında sintez olunmuş xromsid polimerləşmə katalizatorlarının fiziki-kimyəvi xassələrinin tədqiqi” mövzusunda dissertasiya müdafiə edib, kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. Cəfərova laboratoriyada apardığı elmi tədqiqatlarla daima ön sıralarda olmuş, öz elmi biliklərini həm nəzəri həmdə təcrübi sahədə daim inkişaf etdirmişdir. Kiçik elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinədək yüksəlmişdir. O, katalizatorların sintezi və tədqiqi qrupuna rəhbərlik etmişdir. Kimyanın müxtəlif sahələri, polimerləşmə, krekinq klmus prosesi (kükürd anhidridindən elementar kükürdün alınması) və s. sahələr üçün effektli katalizatorlar sintezi və tədqiqi sahəsində çox geniş elmi tədqiqatlar aparmışdır.


Azərbaycandakı Aydaq seolitlərinin klikoptilometlərin fiziki kimyəvi və adsorbsiya qabiliyyətinin öyrənilməsi sahəsindı onun apardığı tədqiqatlar əsasında bu yataqlardakı təbii seolitlərin ehtiyatı hesablanmış və onu qorumaq üçün xüsusi qərar verilmişdir.

E.M.Cəfərovanın apardığı elmi tədqiqatlar onun 30 elmi məqaləsində, 17 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Bu müəlliflik şəhadətnaməsi ona SSRİ Nazirlər Sovetinin yanında İxtiralar və kəşflər komitəsin tərəfindən təltif kimi təqdim edilmişdir.

E.M.Cəfərovanın elmi fəaliyyəti nəinki Azərbaycanda, eləcə də, o vaxtki Sovetlər İttifaqının və Xarici ölkələrin elm ocaqlarında davam etmişdir:


1. Novosibirskdə “seolitlərin katalizdə tədbiqi”mövzusunda;

2. Moskvada keçirilmiş XII Mendeleyev qurultayında “Neft kimyası” mövzusunda;

3. Quryev şəhərində keçirilən VI Neft kimya konfransında mühazirə;

4. Adsorbasiya və Xromotoqrafiya üzrə VI Zaqafqaziya elmi konfransında mühazirə;

5. Kataliz üzrə II Avropa konfransında (Qərbi Berlin) mühazirə;

6. “Karbohidrogen reaksiyalarının mexanizmi üzrə” Macaristanda keçirilmiş simpoziumda mühazirə və s.


E.M.Cəfərova a bir insan kimi də, institut əməkdaşları arasında böyük hörmətə malik idi. İnstitutda hamı onu sevir və bir məsləhət üçün onun yanına gedirdilər.


Elmiranın atası Məhəmməd müəllim Böyük Vətən müharibəsinə getmiş, yaralanıb əsir düşmüşdür. Əsirlikdən qaçaraq, Fransada partizan hərəkatına qoşulmuşdur. Göstərdiyi qəhrəmanlıqlarına görə, orada dövlət mükafatları almışdır. Uzun müddət ondan xəbər gəlməmiş, itkin sayılmışdır. Lakin 1980-ci ildə Azərbaycan incəsənət ustaları Fransaya qastrola gedəndə, mayestro Niyazi orada Məhəmməd müəllimlə görüşmüş və Elmiraya atasının sağ olduğu xəbərini gətirmişdir. Sonra, Elmira ilə atası arasında əlaqə yaranmış, Parisə gedib onunla görüşmüşdür. Atası 1992-ci ildə Parisdə vəfat etmişdir. Elmira Parisə gedib atasının qəbrini ziyarət etmişdir. Atasının ölümündən az sonra Elmira Cəfərova Bakı şəhərində 1996-cı ildə vəfat etmişdir. Onun Zəhra adlı bir qızı qalmışdır. Əri Əli Cəfərov Tusi ad.Azərbaycan DPU-da kafedra müdiri, riyaziyyat müəllimi professordur.

11 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev