“Cəmiyyəti bu vəziyyətə 10 il, 20 il əvvəlki təhsil, indiki televiziyalar salıb” - Şahlar ƏSGƏROV


Ökə gündəmini zəbt edən bəzi vətəndaşların polisə zibil atması məsləsi həm də insanların təhsil, tərbiyə məsələsidir. Azərbaycan vətəndaşları biri-birinə hörmət etsəydi, bu kimi neqativlər ortaya çıxmazdı.

Tanınmış ictimai-siyasi xadim, professor Şahlar Əsgərov bu kimi məsələlərlə bağlıModern.azsaytına müsahibə verib.


- Şahlar müəllim, Azərbaycan orta məktəbləri cəmiyyət üçün normal vətəndaş yetişdirə bilirmi?


- Hesab edirəm ki, bunu təmin edə bilmək üçün ilk növbədə təhsilin fəlsəfəsi işlənməlidir. Məsələn, İsveçrədə birinci sinif uşaqlarına öyrədirlər ki, yalan danışmaq vətənə xəyanətə bərabərdir. Biz uşaqlarımızın tərbiyəsi ilə məğul oluruqmu? Sovet təhsilindən ayrılmaq, təhsilimizi milli kökə salmaq lazımdır. Bunun əsasında tərbiyəni, tədrisi qurmalıyıq. Cəmiyyətimiz gündən-günə cılızlaşır. Əvvəllər ailələr dağılanda belə bunu ictimailəşdirmirdilər. İndi isə bir qadın ərindən boşanan kimi televiziyaya çıxır və guya qəhrəmanlıq edibmiş kimi deyir ki, boşanıb. Cəmiyyəti bu vəziyyətə on il, iyimi il əvvəlki təhsil, indiki televiziyalar salıb. Vallah indiki telekanallar olmasa, bəlkə də cəmiyyət daha sağlam olar.


- Bir sıra xarici institutlar var ki, müxtəlif cəmiyyətlərin psixologiyasını öyrənir, öz məqsədlərini bu cəmiyyətlərdə həyata keçirməyə çalışırlar....


- Elə ölkə var ki, Azərbaycanı öyrənmək üçün bir yox 5-6 mərkəz yaradıb. Bunu bilməliyik. Bunu anlamalıyıq.


- Son hadisələrin fonunda bunu soruşuruq, normal təhsili olan adan zibili hündür mərtəbədən küçəyə atarmı, hələ pilislərin üzərinə demirik...


- O təhsil yaxşıdır ki, sevgi öyrədir. İnsanların biri-birinə qarşı sevgi bəsləməsini, vətəndaşın vətəndaşa qayğısını, müxtəlif peşə sahiblərinin biri-birinə hörmətini aşılayan təhsil qurmalıyıq. Bizdə bu sevgini təmin edən təhsil qurulmayıb. Sovet quruluşu dağıldıqdan sonra guya ki, biz ateizmdən imtina etdik. Hansısa bir ərazidə bir məscid tikilir. Bundan 100 metr aralıda başqa biri də tikilir. Biz elə bilirik ki, belə olduqda insanların xeyrinədir. Halbuki, məscidin məqsədi insanların bir yerə yığmaqdır. Eyni yerdə iki məscid tikməklə insanları fikir, mənəviyyat cəhətdən parçalayır, biri-birindən uzaqlaşdırırlar.


- Necə etmək lazımdır ki, uşaqlarımıza polisdən qorxmamağı, onu sevməyi öyrədək, insanları qoruyan qüvvə kimi polisi təqdim edək?


- Polisə ikrah göstərmək avamlıqdır. Əksinə, polisi sevməliyik ki, polisimiz də bizi sevsin. Yenə deyirəm, orta məktəblərdə sevgini, mərhəməti, qayğını aşılamaq lazımdır.


- Bütün bu boşluqları aradan qaldırmaq üçün konkret bir təhsil proqramını necə hazırlamaq olar?


- Təhsilin bir kökünü düzəltməklə bütövlükdə problemləri aradan qaldırmaq olmaz. Təhsilə kompleks baxmaq, bu sahədə həqiqətən təcrübəli, savadlı, peşəkar 10-15 nəfəri cəlb edib, uzun müddətlik götür-qoydan sonra konsepsiya hazırlamaq lazımdır. Başqa cür təhsilimizi düzəldə bilmərik.

94 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev