Cavid Qənbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edildi
Updated: Jan 17, 2019

Cavid Qənbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Cavid Qənbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 18 sentyabr 2018-ci il.