Cavid Qurbanov üçün ÖZƏL GÜN



Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Qurbanov Cavid Qənbər oğlunun 60 illik yubileyi qeyd olunur. Cavid Qurbanov 1958-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşdur. 1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirdikdən sonra 1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışmışdır. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1977-1979-cu illərdə ordu sıralarında hərbi xidmət etdikdən sonra 1979-cu ildə 26 Bakı Komissarı nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlamışdır. 1980-1981-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunda texnik-cizgiçi, 1982-1987-ci illlərdə "Azərnəqliyyattikinti" Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir.

1987-1992-ci "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor, 1992-1993-cü illərdə Respublika İxtisaslaşdırılmış "Avtonəqliyyat" Birliyində baş direktor, 1993-1994-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətində Prezident vəzifəsində işləmişdir. 1995-ci ildə "Azərərzaqnəqliyyat" Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis kimi çalışmışdır. 2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olmuşdur. 2007-ci ilin fevral ayından "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, "Azəryolservis" ASC-nin sədri vəzifəsini tutmuşdur. Texniki elmləri namizədidir.


123 saylı Kəlbəcər Seçki Dairəsindən III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

9 fevral 2015-ci ildən bu günə qədər "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir.

12 oktyabr 2016-cı il tarixindən Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib.

18 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Kalbajar.com olaraq, hörmətli Millət Vəkilimizi həm yubiley,həm də "Şöhrət" ordeni alması münasibətilə təbrik edir,uzun ömür,can sağlığı arzulayırıq.Arzumuz budur ki, gələcək gözəl günlərini ata yurdunda Kəlbəcərdə,Ağdabanda qeyd etsin !

#ƏlamətdarGünlər #CAVİDQURBANOV

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev