Cavid Qurbanov: “Bakı dairəvi dəmir yolu genişləndiriləcək”


Bakı və Bakıətrafı dəmir yolu xəttini genişləndirməyi düşünürük. 


"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib. C. Qurbabovun sözlərinə görə, Bakıdan çıxan qatarlar təkcə Sumqayıta deyil, əks istiqamətə - Qaraçuxur qəsəbəsi, Zabrat-1, Zabrat-2, Pirşağı, Fatmayi, Novxanı və Sumqayıta qədər gedəcək. “Digər tərəfdən bu xətt Bakı bağlarına, Maştağadakı "Bağlar" stansiyasına qədər uzadılacaq. Yolun biri də Dübəndiyə, Zirə kəndinin yaxınlığına qədər uzadılacaq. Bu xətlər elektrik qatarı xətləridir. Digər tərəfdən bu dəmir yolunun Binə qəsəbəsinə qədər uzadılması və gələcəkdə hava limanı ilə birləşməsi məsələsi də həll olunmalıdır. Bu, Bakı ətrafında böyük layihədir. Əvvəl vətəndaşlarımız Bakı bağlarında yay aylarında yaşayardısa, artıq daimi yaşayırlar. Biz də bu sakinlərin sürətli dəmir yolu vasitəsilə daşınmasını həyata keçirməyə çalışacağıq. Artıq işlərə başlanılıb, hazırlıq işləri görülür",- deyə C. Qurbanov əlavə edib. 

#İnfrastruktur #Dəmiryol #Nəqliyyat #CAVİDQURBANOV

15 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev