Cavid Qurbanov: ''Dəmir yollarında çalışan işçilərin əmək haqqısı 95 faiz artıb''

"Bu gün dəmir yollarında çalışan işçilərin əmək haqqısı 2015-ci ildəkindən orta hesabla 95 faiz artıb".
Bu fikri "Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O, bildirib ki, illər öncə işçilər 120-130 manat alırdısa, bu gün dəmir yolu işçilərinin əmək haqqı 583 manat ətrafındadır: "Bu axırıncı göstərici deyil, davam edəcək. Hazırda dəmir yolunda 20 minə yaxın işçi çalışır. "Bu gün dəmir yolunda orta sürət 55 km-in üzərindədir. Dəmir yolunda 900 km-ə yaxın yeni yol, 500-600 yol ayrıcı dəyişdirilib, kontakt şəbəkələr tikilib. Dəmir yolunda yeni elektrik qatarları alıb. Artıq onların sayı 9-a çatıb".