Cavid Qurbanov haqqında yayılan məlumatlara münasibət bildirib


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti QSC rəhbəri Cavid Qurbanov haqqında yayıılan məlumatlara münasibət bildirib.


QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumatda bildirilir ki, bu barədə məlumatlar həqiqəti əks etdirmir. "Aprel ayının 11-də ölkəmizdə keçirilən prezident seçkiləri Azərbaycan xalqının Ulu öndər heydər Əliyevin siyasi kursuna inam və etibarını nümayiş etdirdi. Bu seçkilərdə xalq yekdilliklə həmin siyasi kursun yayiqli davamçısı İlham Əliyevə və onun əməli mübarizəsinə səs verdi. Hazırda dövlət strukturlarında qətiyyətli islahatlara start verən dövlət başçısı əsaslı kadr islahatları aparır ki, bu da cəmiyyətimiz tərəfindən maraq və razılıqla qarşılanır. Çox təəssüf ki, bu addımlara bəzi mətbu orqanlarında yersiz münasibətlər ortaya qoyulur. Adı heç bir dəyişiklikdə nəzərdə tutulmayan kadrların işgüzar imicinə müdaxilələr olur. Hətta bu sırada son günlər bəzi saytlarda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun da adı hallandırılır. Məlumat üçün bildirim ki, bu şayiələr özündə heç bir həqiqəti əks etdirmir. Belə məlumatı yayanlar isə insanlar arasında məqsədli şəkildə çaşqınlıq yaradırlar. Ölkəmizdə söz, mətbuat azadlığı üçün yaradılan şəraitdən sui istifadə etmək heç bir KİV-in adına hörmət gətirməz. Əvvəla onu qeyd edim ki, Cavid Qurbanov Dövlət başçısının etimadı ilə 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nə rəhbər təyin olunub və burada əsaslı islahatlar aparılmasına, iş əmsalının artmasına, bu məsuliyyətli sahənin imicinin möhkəmlənməsinə nail olub. O ki, qaldı Cavid Qurbanovun hansısa başqa vəzifəyə təyin olunmasına, bu, ölkə başçısının səlahiyyətinə daxil olan məsələdir və kimlərinsə bu haqda fikir yürütməsi doğru deyil", - deyə məlumatda bildirilir. 

#CAVİDQURBANOV

11 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev