"Cavid Qurbanov harda işə başlayırsa, orda yüksəliş və uğur var" - Yubiley təbriki...


21:50 | 20.09.2018


“Ölkə başçısı Azərbaycan dövlətçiliyinə bu gün bütün potenisalıyla, imkanıyla, varlığıyla xidmət edən hörmətli həmkarımız Cavid Qurbanovu yüksək mükafatla, “Şöhrət” ordeni ilə təltif etdi. Bu münasibətlə, həm də yubiley münasibəti ilə onu səmimi qəlbdən təbrik edirəm, ona möhkəm can sağlığı arzu edirəm” Bunu Moderator.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. F.Ağamalı bu münsibətlə Cavid Qurbanova ən xoş arzularını çatdırıb: “Cənab prezidentin Cavid Qurbanovla bağlı verdiyi sərəncamını eşitdim və çox şad oldum. Ölkə başçısı Azərbaycan dövlətçiliyinə bu gün bütün potenisalıyla, imkanıyla, varlığıyla xidmət edən hörmətli həmkarımız Cavid Qurbanovu yüksək mükafatla, “Şöhrət” ordeni ilə təltif etdi. Bu münasibətlə, həm də yubiley münasibəti ilə onu səmimi qəlbdən təbrik edirəm, ona möhkəm can sağlığı arzu edirəm. Azərbaycan dövlətçiliyi qarşısında bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram.


Cavid Qurbanov həm millət vəkilidir, həm də Azərbaycan Respublikasının çox mühüm bir sahəsinə - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik edir. O, hər iki vəzifəni çox uğurla yerinə yetirir və xatırlayıram ki, o, Milli Məclisdə çıxış edəndə hər zaman ədalətə, haqqa söykənib Azərbaycan dövlətinin və xalqının maraqlarını üstün tutur. Bu onun Milli Məclisdəki bütün çıxışlarında ana xətti təşkil edir. C.Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə rəhbər təyin edildikdən sonra dəmir yol sistemi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Ona qədər bu sahədə kifayət qədər problemlər mövcud idi. Köhnə yük və sərnişin vaqonları çox yarıtmaz vəziyyətdə idi. Əslində deyərdim ki, dəmir yolu Azərbaycanda ən geridə qalmış sahə kimi hər birimizi narahat etməkdə idi. Ölkə başçısının sərəncamından sonra Cavid Qurbanov bu sahəyə təyin edildiyi ilk gündən ciddi işlərə başladı və qısa zaman kəsiyində dəmir yolu sahəsində çox böyük bir dönüşün şahidi olduq. İlkin olaraq Bakı-Sumqayıt sərnişin qatarının işləməsi çox böyük bir hadisəyə çevirildi. Sərnişinlərin çox rahat gediş-gəlişi təşkil olundu. Digər tərəfdən Bakı-Böyük Kəsik istiqamətində olan dəmir yolu xətti yenidən quruldu. Bu yolu biz də getmişik və burdakı böyük fərqi görməmək mümkün deyil. C.Qurbanov həm də icraçı bir məmur kimi ölkə başçının dəmir yolu ilə bağlı qarşıya qoyduğu məqsədləri çox uğurla və dəqiqliklə yerinə yetirməkdədir. Deyərdim ki, şimal-cənub nəqliyyat dəhlizinin reallaşmasında da o, ölkə prezidentinin tapşırıqlarını yerinə yetirən bir məmur kimi hörmət qazanıb. Bir sözlə, Cavid Qurbanov harda işə başlayırsa, orda yüksəliş və uğur var. C.Qurbanov həm də fərqli bir məmurdur. O, dövlət büdcəsini öz imkanlarına sərf etməyə deyil, vaxtı ilə biznes sahəsində qazanmış olduğu vəsaiti, işlədiyi sahənin inkişafına yönəldən məmur imici də qazanıb və bunu hər birimiz bilirik. C.Qurbanov çox gözəl, səmimi dostdur. Bunu təkcə mən deyil, Milli Məclisdə olan digər həmkarlarımız da təsdir edər. Onun çoxlu dostları var. Onun digər bir işi də Azərbaycan Voleybol Federasiyasının prezidenti olmasıdır. Vaxtı ilə o, “Azəryol”, “Azərreyl” kimi valeybol komandalarına rəhbərlik edib. Həmin vaxtı onun rəhbərliyi altında olan komandalar da ciddi uğurlara imza atıblar. İndi Azərbaycan Voleybol Federasiyasına C.Qurbanov prezident təyin edildikdən sonra yığma komandamızın uğrularının da şahidi oluruq. Onlar Yaponiyada Dünya Çmpionatında iştirak edirlər, biz idmançılarımıza da uğurlar arzulayaq və ümidvar olaq ki, onlar yüksək nəticələrlə vətənə qayıdacaqlar. Bir sözlə, C.Qurbanov bizim əziz dostumuzdur, ona “Şöhrət” ordeni ilə təltif olunması və doğum günü münasibəti ilə ən səmimi arzularımı çatdırıram. Ona bundan sonrakı fəaliyyətində yeni-yeni uğurlar və ən başlıcası ailə səadəti arzulayıram”. Xatırladaq ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə ölkə başçısı Cavid Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Moderator.az

#Əlamətdargünlər #CAVİDQURBANOV

19 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev