Cavid Qurbanov: “Məqsədimiz yeni loqistik dəhliz yaratmaqdır”



“Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşanın iştirakı ilə Cənub və Qərb arasında yeni loqistik dəhliz yaradıla bilər. Bunun üçün artıq danışıqlar gedir və ilkin addımlar atılıb”.

Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanov söyləyib.

C.Qurbanov deyib ki, Polşanın daxilində, Slavkov deyilən ərazidə bizim ölçülərə uyğun, yəni 1520 ölçüdə 400 kilometr uzunluqda dəmir yolu xətti var. Bu da Avropa ölkələrindən yüklərin Azərbaycandan keçməklə Hindistan, Pakistan, İran və digər ölkələrə daşınmasında mühüm rol oynaya bilər. İlkin hesablamalara görə, bu yolun üzərində 72 milyon tona yaxın yük var. Biz bunun bir hissəsini götürə bilərik. Pul vahidi ilə ifadə etsək, Hindistan ilə Polşa arasındakı dövriyyə təqribən 3 milyard dollara yaxındır. İran ilə Ukrayna arasında isə təqribən 500-600 milyon dollar civarındadır.

Millət vəkili bildirib ki, bu vaxtadək sözügedən məsələ ilə heç kim məşğul olmayıb. Azərbaycanın təbii-coğrafi mövqeyi bununla məşğul olmağa, yeni loqistik məhsul ortaya qoymağa imkan yaradır. Bu yol həm də, yaxın və təhlükəsizdir.

Astaradan Slavkoya olacaq yolun uzunluğu 3336 kilometrdir. Astaradan Rusiya ərazisindən keçməklə gedən yol isə 4 min kilometrdən çoxdur. Bizim təklif etdiyimiz yeni dəhliz Avropaya çıxış baxımından da sərfəlidir. Yeni yol, eyni zamanda, Rumıniya, Bolqarıstan, eləcə də Türkiyədən keçməklə Avstriya və Londona qədər gedə bilər. Bu həm də 14-cü dəhliz ola bilər”, - deyə C.Qurbanov vurğulayıb.

#Azərbaycan #CAVİDQURBANOV

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev