Çində 2 dildə məqaləsi dərc olunan KƏLBƏCƏRLİ


Azərbaycanı son illərədək sadəcə petrol ölkəsi kimi tanıyırdılar. Amma şükürlər olsun ki, qara qızılımızı insan kapitalına çevirə bilmədiyimizdən gileylənənlər üçün tutarlı cavab olacaq çox müasir və peşəkar gəncliik ordusuna sahiblənməkdəyik. Bu gün gənclərimizin sorağı dünyanın ən nüfuzlu universitetlərindən gəlir və onlar təkcə təhsil almaqla kifayətlənmirlər, eyni zamanda vətəndaşı olduqları ölkənin həqiqətlərini dünyaya çatdırmaq üçün sözün həqiqi mənasında mücadilə aparırlar. Bunlardan biri də Samirdir.


Kəlbəcər rayonun İstisu qəsəbəsindən olan Samir Məmmədov hazırda dünyanın ən tanınmış universitetlərindən biri olan Çinin "CCNU - Mərkəzi Çin Pedaqoji Universiteti"nin magistr tələbəsidir. Bir müddət öncə universitetin akademik jurnalında onun “Qarabağ münaqişəsinin sülh perspektivləri” mövzusunda yazısı dərc olunub. Məqalə ingiliscə və çincə olmaqla 2 dildə nəşr olunub.



Yazıda münaqişə barədə oxuculara məlumat verilir və Ermənistanda iqtisadi islahatların Qarabağ münaqişəsində irəliləyişə nail olunmayınca mümkünzsüzlüyü irəli sürülür. Hazırda dövlət xətti ilə Çində təhsilini davam etdirən Samir, bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında almışdır.



Qeyd edək ki, Çindən öncə İtaliyada Toskana əyalətinə də təhsil almağa yollanmış Samir, orda Qarabağ məsələsi ilə bağlı yaranmış bir mübahisəyə görə proqramdan imtina edib, qayıtmış, daha sonra Çinə yollanmışdır.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev