Dövlət Komitəsi tərəfindən Gənclər günü münasibəti ilə fləşmob və gənc əsgərlərlə görüş keçirilib


Yanvarın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayonunda 2 fevral – Gənclər gününə həsr edilmiş “Əsgərə salam” adlı fləşmob təşkil edib. Ağdam Rayon İcra Hakimiyyətinin dəstək verdiyi bu kütləvi tədbirdə 1200 nəfər gənc iştirak edib.


Məlumat verildiyi kimi, Dövlət Komitəsi yanvarın 17-də “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyasına başlayıb. Aksiyanın məqsədi, könüllülüyün həm də vətənpərvərlik məktəbi, xalqa, dövlətə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi olduğunu nəzərə alaraq, “Könüllülər ili”ndə gənc könüllülərlə birlikdə cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana yüksək etimadını və inamını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bir daha nümayiş etdirməkdir.

Ağdamda kütləvi tədbirin iştirakçıları tərəfindən hərbi salam verən əsgər siluetindən və “Əsgərə salam” sözlərindən ibarət fləşmob nümayiş etdirilib. Fləşmobdan sonra rayon ərazisindəki hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin nümayəndələri, məcburi köçkün fəallar və musiqiçilər iştirak ediblər.



Eyni zamanda, “Əsgərə salam” aksiyası çərçivəsində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, məcburi köçkünlər tərəfindən Azərbaycan əsgərinə ünvanlanmış istək və arzuların əks olunduğu xüsusi qeyd kitabçası hərbi hissəyə hədiyyə olunub.  


Gənclər günü başa çatdırılması nəzərdə tutulan aksiyaya marağın çox olduğunu nəzərə alaraq iki həftə uzadılmasına qərar verilib. Bu tədbir çərçivəsində ərazisi işğal olunmuş rayonların icra hakimiyyətləri, müxtəlif dövlət qurumları, universitet, məktəb, bağça, idman federasiyaları, xaricdə təhsil alan tələbələr və fərdi şəxslər tərəfindən əsgər salamı vəziyyətində çəkilmiş yüzlərlə şəkil sosial şəbəkə hesablarında #esgeresalam #dovletqacqinkom  həştəqləri ilə paylaşılıb.


#esgeresalam #dovletqacqinkom #idpgovaz

13 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev