Dövlət Komitəsində görüş olub


Aprelin 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Aprel döyüşləri şəhidlərinin valideynləri və məcburi köçkün jurnalistlərlə görüş keçirilib. Görüşdə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər. Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüşün Aprel döyüşlərinin üçüncü ildönümünə təsadüf etdiyini, bu döyüşlərdə Azərbaycan ordusunun qazandığı zəfərin tarixi hadisə olduğunu, dövlətimizin gücünü, xalqımızın mübarizə əzmini bütün dünyaya göstərdiyini bildirib. Şəhidlərin xatirəsi ehtiramla yad edilib. Sonra Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində görülən işlər, bu kateqoriyadan olan vətəndaşların sosial prolemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib.



Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə işlər daha da sürətləndirilib. İndiyədək məcburi köçkünlər üçün 102 qəsəbə salınıb hazırda yeni yaşayış komplekslərinin inşası davam etdirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın yeni mənzillərin hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə birinci növbədə verilməsi barədə tapşırığı icra edilir. Bundan başqa, şəhid ailəsi, müharibə əlili və veteranı statusu olan məcburi köçkünlərin də mənzil probleminin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılır. Son vaxtlar Abşeron rayonu ərazisində və Sumqayıtda istifadəyə verilən yaşayış komplekslərində 200-dən çox məcburi köçkün olan şəhid ailəsi yeni mənzillə təmin olunub. Şəhid valideynləri Seyfəddin Qurbanlı, Nigar Əzizzadə, Ziba Əsgərova bir gün əvvəl Dağlıq Qarabağın ərazisindəki Şıxarx qəsəbəsində Aprel şəhidlərinin şərəfinə keçirilən ağacəkmə aksiyasında iştirak etdiklərindən razılıqla söz açıb, belə bir təşəbbüsə görə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.



Görüşdə İctimai Şuranın üzvləri Elşad Eyvazlı, Umud Mirzəyev, Emin Həsənli, məcburi köçkün jurnalistlərdən Günay Malikqızı, Zaur Əhməd, Elməddin Muradlı, Namiq Mailov, İmdad Əlizadə çıxış ediblər. Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə bağlı məsələlərin KİV-də işıqlandırılması ilə bağlı fikirlərini bölüşüb, jurnalistlərin suallarını cavablandırıb.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev