Dövlət Komitəsində Kəlbəcərin işğalının ildönümü qeyd edilib


Aprelin 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Kalbajar.com xəbər verir ki,tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, departament və şöbə rəhbərləri, Kəlbəcər rayonundan olan ziyalılar, Qarabağ müharibəsi veteranları, ictimai fəallar, həmçinin Aprel qazilərindən bir qrupu iştirak edib. Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Komitəsinin sədri Rövşən Rzayev Kəlbəcərin təcavüzkar Ermənistan tərəfindən işğalına imkan yaradan hərbi-siyasi səbəblər haqqında danışıb, o dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin naşı və səriştəsiz idarəçiliyi nəticəsində ölkədə bütün sahələrdə dərin böhran yarandığını qeyd edib. Hətta belə bir vəziyyətdə yerli vətənpərvərlərin öz doğma yurdlarını qəhrəmanlıqla müdafiə etmələrinə baxmayaraq, xaricdən dəstək alan ermənilər rayonu uzunmüddətli döyüşlərdən sonra rayon ərazisini işğal edə biliblər. Kəlbəcərdə erməni vəhşiliyinin tarixçəsi 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdaban və Çayqovuşan kəndlərinə qəfil hücumla başlayıb. Burada əhaliyə amansız divan tutulub, onlar işgəncələrə məruz qalıb. Ermənistan silahlı dəstələri 1993-cü il martın 27-də geniş miqyaslı hücuma keçərək aprelin 2-də rayonu tamamilə işğal ediblər. Başlıbel kəndinin 62 sakini isə işğaldan sonra üç aydan artıq müddətdə mühasirədə qalaraq dağlara sığınıblar. Onlardan yalnız 30 nəfəri sağ qalıb.



Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək Təhlükəsizlik Şurasının digər 3 qətnaməsi kimi, bu qətnamə də yerinə yetirilməyib. Kəlbəcərin 60 min nəfər əhalisi hazırda respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb. Onlar da dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı tapşırıqlarının icrası nəticəsində kəlbəcərli didərginlərin də mənzil-məişət şəraiti, maddi vəziyyəti yaxşılaşdırılır. Anım tədbirində çıxış edən kəlbəcərli ziyalılar və ictimai fəallar buna görə dövlətimizin rəhbərlərinə minnətdarlıq bildiriblər. Azərbaycan Ordusunun Aprel zəfərinin 3-cü ildönümünə təsadüf edən anım tədbirinin iştirakçısı olan qazilər isə silahdaşları ilə birgə bu zəfərin qazanılmasında göstərdikləri şücaətlərdən söz açaraq deyiblər ki, Ali Baş Komandanın əmrini gözləyən qəhrəman əsgər və zabitlərimizin torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdırlar.  Sonda Kəlbəcərə həsr olunmuş film nümayiş etdirilib.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev