Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib


Fevralın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Qəbulda dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə müdirləri və departament direktorları iştirak ediblər.

Vətəndaşlar Dövlət Komitəsinin rəhbər şəxsləri tərəfindən fərdi qaydada qəbul edilib. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub.

Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məşulluğunun təmin edilməsini və maddi rifahının yüksəldilməsini daim diqqət mərkəzində saxlayır. Bu kateqoriyadan olan vətəndaşlarlar bağlı zəruri tədbirlərin həyata keçirilməsi sosial siyasətin prioritet istiqamətlərindən biridir. Bu baxımdan, Bakı və Sumqayıt şəhərlərində hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə yeni mənzilllərin ilk növbədə verilməsi barədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığının davamlı şəkildə icrası mühüm əhəmiyyət kəsb edir. Respublikanın digər ərazilərində də məcburi koçkünlər üçün yeni yaşayış kompleksləri inşa olunur. Məcburi köçkünlərin yeni ev və ya mənzillə təmin olunması mərhələli şəkildə aparılır. Hazırda Abşeron rayonu ərazisində yeni istifadəyə verilmiş yaşayış kompleksində məcburi köçkün ailələrinin yerləşdirilməsi davam etdirilir. Qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev