Dövlət Komitəsinin sədri yeni qəsəbədə məcburi köçkünlərlə görüşüb


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Abşeron rayonunda məcburi köçkünlər üçün yeni istifadəyə verilmiş qəsəbədə olub. Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüşüb, onların müraciətlərini dinləyib. Məcburi köçkünlər əvvəlcə, kollektiv şəkildə, daha sonra fərdi qaydada qəbul edilib. Müraciətlər, əsasən, isti su, təbii qazın verilişi, sərnişin nəqliyyatı və digər məsələlərlə əlaqədar olub. Dövlət Komitəsinin müvafiq şöbələri tərəfindən məcburi köçkünlərin qaldırdıqları digər məsələlərlə bağlı artıq işlər aparılıb. Məlumat verilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə ötən il istifadəyə verilmiş bu yaşayış kompleksi 1000 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına imkan yaradır. Müasir tələblər səviyyəsində inşa edilən binalarda mənzillər tam təmirlidir, qəsəbə zəruri infrastrukturla təchiz edilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığına əsasən, buraya birinci növbədə Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində qəzalı bina və tikililərdə, ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülüb. Qeyd edilib ki, mənzillərə təbii qazın tam həcmdə verilməməsi köçürülmənin davam etməsi ilə əlaqədardır. Məcburi köçkün ailələrinin yerləşdirilməsi başa çatdıqdan sonra qəsəbə təbii qazla tam təchiz olunacaq. Sərnişin nəqliyyatı şəbəkəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, Dövlət Komitəsi tərəfindən hazırda müvafiq qurumlara məktub ünvanlanıb və bu məsələ tezliklə həllini tapacaq. Məcburi köçkünlərin görüşdə qaldırdıqları digər məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev