''Düşmənlə vuruşsan üz-üzə sən vətənoğlu,Olmaz başının üstü duman,çən vətənoğlu'' -

Düşmənlə vuruşsan üz-üzə sən vətənoğlu, Olmaz başının üstü duman,çən vətənoğlu Gördü bir ana qanlar içində öz uşağın Qanlı gecədə bağrına basdı bala dağın Yatma daha işğaldadı cənnət qarabağın Saldı yağı düşmən ora məskən vətənoğlu Ramil,tapacaqdır yerini haqqı ədalət Baxdı sənə minlərlə cavan eylədi ibrət İsbat elədinki nədi torpağa məhəbbət Əhsən sənə əhsən sənə əhsən vətənoğlu Çingiz unudulmaz axı çox şeyləri çəkdi Dünyaya sübutdu,bizə dəstəkdi köməkdi İndi vətənə millətə lazımdı gərəkdi Əfsuski vəfat eylədi erkən vətənoğlu Hər kim vətən uğrunda keçibsə köməyindən Bir gün gələcəkdir vətən haqqı bəbəyindən Orda böyüyübsə,nuş edibsə çörəyindən Çıxsın niyə öz yurduna düşmən vətənoğlu? Yadlar səni ey kəlbəcərim etsədə tapdaq Bir gün taxarıq biz ən uca zirvənə bayraq Şair balanı köksünə sıxdı qara torpaq Qaldı yenə həsrət sənə Bəhmən Vətənoğlu
Tural Bayramzadə