Dədə Şəmşirə uzanan yaman dil "kəsildi"...


11:30 | 16.10.2018


Fəzail Ağamalı: "Kim bu qanı öz genetik kodlarında daşımırsa, onlar getsin özlərinin talesizləri ilə üz-üzə qalsınlar"

Jalə Əliyeva: "Sevincimizə, nailiyyətlərimizə sevinə bilməyənlər heç olmasa öz naqisliklərini içlərində saxlasınlar" Məhərrəm Qasımlı: "Aşıq Şəmşirin Heydər Əliyevlə bağlı münasibəti təkcə bir-iki şeirdə yox, yüzlərlə yazılarında var" Deyəsən biriləri Aşıq Ələsgərdən sonra şifahi xalq ədəbiyyatımızın ən azman sənətkarlarından olan Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin dövlət tərəfindən təmtəraqla qeyd edilməsindən, bununla bağlı prezident İlham Əliyevin məxsusi sərəncam imzalamasından rahatsız olaraq bulanıq suda balıq axtaran bəzi zavallı mirzələrini işə salıblar. İddia olunub ki, guya Aşıq Şəmşir Heydər Əliyevə şeir həsr etməyib və bu gün aşıqların məclislərdə oxuduqları həmin məşhur şeir Dədə Şəmşirə məxsus deyil. Amma bu zavallı Dədə Şəmşirin 1983- cü ildə vəfat etməsini bilsə də onun hələ o vaxtlar Azərbaycan KPMK-nın birinci katibi olan Heydər Əliyevə şeir həsr etdiyini ya bilməyib, ya da intəhasız ucuzluğa gedib.... Beləliklə, Azərbaycan folklor sənətinin nəhəng klassiklərindən olan, özündən sonra sənətsevərlərə zəngin irs qoyub gedən Dədə Şəmşirin hər hansı müdafiə və tanıtıma ehtiyacı olmasa da, Moderator.az olaraq bu əssassız tənqidi fikirlərə laqeyd qala bilmədik və odur ki, bəzi millət vəkillərinin, sənət, saz-söz adamlarının Dədə Şəmşirə ünvanlanan yaramaz hücuma münasibəti öyrənməyə çalışdıq.  


Millət vəkili Fəzail Ağamalı saytımıza açıqlamasında bildirdi ki, zaman-zaman Azərbaycanın görkəmli şəxslərinə hücum edənlər olub: “Dədə Şəmşir siyasi intriqalar hədəfinə çevrilməli deyil, o, Azərbaycanın klassikidir. Onun şeirlərində Azərbaycanın ruhu, tarixi və klassik aşıq sənətinin zirvəsi var. Az və ya çox dərəcədə təəssüf edirəm ki, bu gün yerindən duran, sözü bir qəpiklik olmayan, cəmiyyətdə, ədəbi məkanda özünü tapa bilməyən, bir-iki hekayə, şeir yazıb özünü ədib hesab edənlər zaman-zaman Azərbaycan klassikasına, görkəmli ədiblərinə hücum edirlər, böhtanlar atırlar. Bu cür insanlar əslində Azərbaycanın ədəbi tarixinə böhtan atmış olurlar və mahiyyət etibarı ilə antimilli mövqe nümayiş etdirirlər. Dədə Şəmşirin bu ada layiq görülməsi təsadüfi deyil. Şəmşir adına “Dədə” sözünü verən görkəmli xalq şairimiz Səməd Vurğun olub. Dədə Şəmşir də bu adı doğruldub, bu adın zirvəsində dayanıb. Bu yaxında Rəşid Behbudov adına Mahnı Teatrında Dədə Şəmşirin 125 illiyinin keçirilməsi mərasimində iştirak etdim və çox duyğulandım. Çox gözəl anlar yaşadım, hətta kövrələn anlarım da oldu. Bunun üçün təmiz azərbaycanlı olmaq, türk olmaq lazımdır. Kim bu qanı öz genetik kodlarında daşımırsa, onlar getsin özlərinin talesizləri ilə üz-üzə qalsınlar. Dədə Şəmşir şifahi xalq ədəbiyyatının dili ilə desək, “giriləsi kol” deyil. Bu böyük şəxsiyyət haqqında söz demək üçün sadəcə olaraq sözün, sənətin qədrini biləcək elementar biliyə malik olmaq lazımdır”.


Millət vəkili Jalə Əliyeva da sayrımıza açıqlamasında sosial şəbəkədə Dədə Şəmşirlə bağlı yazılan bu cür qərəzli fikirdən təəssüfləndiyini bildirdi: “Əlbəttə, bu şəkildə sosial şəbəkələrdə yol alan yazıları üzülərək qarşılayırıq. Dədə Şəmşir aşıq sənətinə, Azərbaycan söz sənətinə və şifahi xalq ədəbiyyatına hələ öz sağlığında möhürünü vurmuş klassikləşmiş böyük bir sənətkarımızdır. Onun ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 125 illiyi böyük bir təntənə ilə ölkəmizin bütün ədəbiyyatsevərləri tərəfindən qeyd edilir. Bir neçə gün bundan əvvəl də Rəşid Behbudov adına Mahnı Teatrında möhtəşəm bir yubiley tədbiri keçirildi. Burda təkcə Azərbaycandan deyil, dünyanın türk dilli ölkələrindən qonaqlar da iştirak edərək çıxış etdilər. Biz o çıxışlardan da gördük ki, Dədə Şəmşir Azərbaycan sərhədlərini öz qələmi və sənəti ilə çoxdan aşıb keçmiş bir sənətkardır. Dədə Şəmşir bütün türk dünyasının ehtiram etdiyi Dədə Qorqud qədər obrazlaşdırılan simaya çevrilib. Onun hansı torpaqdan olduğunu da unutmamalıyıq. Bu gün Kəlbəcər torpağı işğal altındadır. O torpaqlarda Dədə Şəmşirin yüzlərlə əlyazması qalıb və onları çıxarmaq mümkün olmayıb, bu çox ağrılı məsələdir. Bütün bunların yanında əsas məsələləri qoyub belə bir sənətkarın yetişməsindən fəxr etmək yerinə, onun əsərlərinin yenidən çapı üçün çalışmaq yerinə, tam əksinə, belə şeylər yazmaq, üstəlik də həyatda olmayan biri haqqında ictimai rəyi çaşdıra biləcək fikirlərin ortaya atılması əlbəttə ki, heç də xoş bir şey deyil. Bunlar üz qarası olacaq bir məsələdir. Sevincimizə, nailiyyətlərimizə sevinə bilməyənlər heç olmasa öz naqisliklərini içlərində saxlasınlar. Bədxah fikirləri ilə cəmiyyətin fikirlərini çaşdırmasınlar. Bu yaxında Dədə Şəmşirlə bağlı keçirilən tədbir bir daha onu göstərdi ki, xalqın öz sənətkarına ehtiramı hər zaman olub və olacaq da. Dədə Şəmşir dövrünün nəbzini tuta bilən, layiqliyə layiqli qiymətini verməyi bacaran bir sənətkar idi. Onun əsərlərində vətən torpağı, Kəlbəcər dağları, Azərbaycanın dilbər güşələri əhəmiyyətli yerdə gəldiyi kimi, siyasi və ictimai mövzular da onun yaradıcılığında yer almalı idi. Bunlara Dədə Şəmşir öz münasibətini bildirməli idi, necə ki, bildirib. Düşünürəm ki, nə qədər Azərbaycan ədəbiyyatı var, Dədə Şəmşir layiqli olan yerdə bu gün necə varsa, orda da qalacaq. Bu bədxah fikirləri yazanlar da yəqin ki, onun ədəbiyyat tarixində qalmağından öz nəsiblərini alacaqlar”.


Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı da saytımıza açıqlamasında Dədə Şəmşirə dil uzadanların ağılsız olduğunu bildirdi: “Aşıq Şəmşir dünya miqyasında tanınmış, Səməd Vurğunun, Heydər Əliyevin, İlham Əliyevin böyük dəyər verdiyi bir sənətkardır. Bütün görkəmli folklorşunaslar həmişə onu çox yüksək dəyərləndiriblər. Aşıq Şəmşir haqqında bu fikirləri işlədən kimdirsə, ağılsız bir adamdır. Məmməd Araz, Osman Sarıvəlli, Məmməd İsmayıl, Məmməd Aslan, Nəriman Həsənzadə və digər tanınmış ziyalılarımız onun yaradıcılığını çox yüksək qiymətləndiriblər. Aşıq Şəmşirin arxivi var və onun Heydər Əliyevlə bağlı münasibəti təkcə bir-iki şeirdə yox, yüzlərlə yazılarında var. Heydər Əliyev Aşıq Şəmşirə “Şərəf” nişanı ordeni, “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adlarını verərək, onu çox yüksək qiymətləndirib”.  

Moderator.az


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev