Dağlıq Qarabağda məcburi köçkünlər təlim keçiblər


Aprelin 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazisində yerləşən Şıxarx qəsəbəsində, məcburi köçkünlərin yaşayış kompleksində Müdafiə Nazirliyinin dəstəyi ilə ilk tibbi yardım üzrə təlim təşkil edib. Sarıcalı Hərbi Hospitalının tibb işçiləri tərəfindən açıq havada keçirilən təlimə kompleksdə məskunlaşmış 100-dən çox məcburi köçkün cəlb olunub. Onlar hər hansı qəza zamanı və həyat üçün təhlükə yaradan vəziyyətlərdə, o cümlədən hərbi əməliyyatlar nəticəsində xəsarət alanlara həkim gələnədək ilk yardım göstərilməsi üsul və qaydaları üzrə praktiki məşqlərdə iştirak ediblər. Təlimçi həkimlər məcburi köçkünlərin çoxsaylı suallarını cavablandırıb, onlara ilk tibbi yardımın xüsusiyyətləti və əhəmiyyəti barədə ətraflı məlumat veriblər.



General-mayor Hikmət Həsənovun şəxsi nəzarəti altında aparılan təlimə tibb xidməti polkovnik-leytenantı Hüseyn Əliyev rəhbərlik edib. Dövlət Komitəsi işğaldan azad edilmiş və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan məcburi köçkün vətəndaşlarımız arasında ilk tibbi yardım üzrə maarifləndirmə işinin aparılmasını vacib sayır. Təlimlərin məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı digər yaşayış yerlərində də aparılması nəzərdə tutulur.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev