Daha bir Kəlbəcərlimiz haqqın dərgahına qovuşdu

Mürsəlov Vidadi İbrahim oğlu 19 mart 1958-ci ildə Kəlbəcər rayonu Zərqulu kəndində anadan olmuşdur.Ali təhsilin Azərbaycan Kənd Təsərrüffatı İnstitunda,Mühəndis-elektrik ixtisası üzrə almışdır (1980-ci il).
Əmək fəaliyyəti bunlardan ibarətdir :
1."Meliorasiya və Su Təəsərüffatı Nazirliyi" Yuxarı Qarabağ Kanalı İstismarı idarəsində mühəndis-elektrik,böyük mühəndis vəzifəsində (Noyabr,1980-1981)
2."Azərenerji" İB,Yevlax Elektrik Quraşdırma İdarəsində iş icraçısı,baş mühəndis vəzifəsində (Noyabr 1981-Yanvar 1986-cı illər)
3."Azərenerji" İB,"Azərelektrikşəbəkətikinti" tresti,Yevlax Elektrik Quraşdırma İdarəsində İdarə rəisi (Yanvar 1986-İyul 1989)
4."Azərenerji" İB,"Azərelektrikşəbəkətikinti" tresti Baş Mühəndis (İyul 1989-Sentyabr 2001-ci il)
5."Azərenerji" İB,"Azərelektrikşəbəkətikinti" Açıq Səhimdar Cəmiyyətində İdarə Heyəti sədrinin I müavini,baş mühəndis (2001-ci ildən indiyə qədər)
Çalışdığı müddət ərzində fəaliyyətində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Vidadi Mürsəlov daima vətən həsrəti ilə yaşamış,köçkün elillərinə lazımı dəstəyi göstərmişdir.Ən böyük arzusu doğma yurduna qovuşmaq idi.
May ayında qəflətən xəstələnən Vidadi müəllim müayinə və müalicə üçün Almaniyaya aparılmış,əməliyyat ediləsədə may ayının 30-u dünyasın dəyişmişdir.
Mərhumun cənazəsi iyun ayının 2-si vətənə gətiriləcəkdir. Hüzr yeri və digər məlumatlar yaxın günlərdə veriləcəkdir.
ALLAHDAN VİDADİ MÜƏLLİMƏ RƏHMƏT ,ƏZİZLƏRİNƏ SƏBR DİLƏYİRİK !