Deputat Aqil Məmmədov 28 ildən sonra doğma yurda səfər edib.


Kəlbəcər rayonunu Milli Məclisdə təmsil edən deputat Aqil Məmmədov 28 ildən sonra doğma yurda səfər edib.

3 gün ərzində işğaldan azad edilmiş Kəlbəcərdə olan millət vəkili burada müxtəlif yerlərə baş çəkib. Rayon mərkəzində fəaliyyətini yenidən qurmağa başlayan dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının yerli şöbələrinin işi ilə tanış olub.

Millət vəkili Azərbaycan-Ermənistan sərhədi boyu mövqe tutan, ağır hava şəraitinə baxmayaraq sərhədlərimizi qoruyan hərbçilərimizin zastavalarına baş çəkib. Onların vəziyyəti, qayğıları ilə maraqlanıb. Hərbçilərlə görüşlərdə deputat A.Məmmədov bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, xüsusilə, çətin coğrafi mövqedə, sərt hava şərtləri altında xidmət edən hərbçilərimizin sosial şəraitlərinin yaxşılaşdırılması üçün intensiv tədbirlər görülür. Və bu işlər davam etdiriləcək.

O, yenidən Kəlbəcər dağlarında, düşmən mövqeləri ilə üz-üzə xidmət etməyin böyük şərəf olduğunu vurğulayaraq hərbçilərimizə bu müqəddəs missiyanın həyata keçirilməsində uğurlar arzulayıb.

Millət vəkili Kəlbəcərdə olduğu müddətdə bir sıra kəndlərə də baş çəkib.



BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.