top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Deputat Aqil Məmmədov kəlbəcərli köçkünlərlə görüşüb – FOTOLAR

Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı Aqil Məmmədov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı vəzifəsini müvəqqəti icra edən Eldəniz Mehtiyev koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən “sosial izolyasiya” tədbirlərinə riayət etmək şərti ilə qəzalı vəziyyətdə olan Şəmkir rayon 107 saylı Texniki Peşə məktəbində məskunlaşmış kəlbəcərli məcburi köçkünlərin istəyi ilə adı çəkilən ünvanda olublar.


Kalbajar.com xəbər verir ki, köçkünlər məskunlaşdıqları binanın qəzalı vəziyyətdə olduğunu, uzun müddət təmir edilmədiyini, antisanitariyanın hökm sürdüyünü bildirərək vəziyyət barədə dəfələrlə aidiyyatı orqanlara müracət etdiklərini söyləyiblər. Onlar, tezliklə yaşayışa yararsız binadan köçürülmələri üçün deputata və rayon rəhbərliyinə müraciət ediblər.



Köçkünləri dinləyən millət vəkili Aqil Məmmədov mövcud çətinliklərin həlli istiqamətində müvafiq dövlət qurumlarına müraciət edəcəyini bildirib: “Ölkə rəhbərliyi tərəfindən məcburi köçkünlərə daimi diqqət və qayğı göstərilir. Möhtərəm cənab Prezdinet İlham Əliyevin göstəriş və tapşırığına uyğun olaraq ölkəmizdə bu il də 7 mindən çox mənzilin tikilib məcburi köçkünlərə verilməsi nəzərdə tutulub. Şəmkir rayonunda da bu məqsədlə 7 hektar torpaq sahəsi ayrılıb və dövlət proqramına uyğun olaraq yaxın zamanda ağır şəraitdə, xüsusilə məktəb binalarında məskunlaşmış köçkün ailələr yeni mənzillərlə təmin ediləcək”.



Vətəndaşlarla görüşdə diqqəti bütün dünyanı bürümüş koronavirus (COVID-19) epidemiyasına yönəldən Aqil Məmmədov ölkə Prezidenti İlham Əliyevin üzaqgörən,  təxirəsalınmaz qərarları və tapşırıqları sayəsində virusa qarşı ölkəmizdə effektiv mübariz aparıldığını və müsbət nəticələrin əldə olunduğunu bildirib. Bundan sonra da, dövlətin vətəndaşların sağlamlığı və rifahı üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb: “Sosial mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş karantin rejiminin tələblərinə qeyri-şərtsiz əməl etməli, cəmiyyətimizin və dövətimizin gələcəyi naminə əl-ələ verərək Cənab Prezidentin epidemiyaya qarşı apardığı effektiv tədbirlərə dəstək verməlidir”.


Turkustan.info

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page